Azərbaycanın tanınmış teleaparıcısı Vüsalə Səid səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
KONKRET.az xəbər verir ki, İTV-də çalışan aparıcı ağır qripə yoluxub. Həkimlərin köməyi ilə sağalacağına ümid edən Vüsalə Səid tezliklə ayağa qalxacağını deyib. O, dostlara məhz bu səbəbə görə tədbirlərə qatılmadığını bildirib.
Həmkarımıza Allahdan şəfa diləyirik!