Tanınmış yazıçı və şair vəfat etdibackend

Tanınmış yazıçı və şair vəfat etdi

Rusiyalı yazıçı, şair və tərcüməçi Yevgeni Vitkovski vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Olqa Koltsova Facebook səhifəsində məlumat yayıb.

“Jenya Vitkovski bizimlə deyil. O, fevralın 3-də, saat 18.00-da vəfat edib”, – deyə o yazıb.

O, həyat yoldaşının ruhunua duaların oxunmasını xahiş edib.

Bundan əvvəl Koltsova yazıçının Moskvanın Botkin Xəstəxanasında komada olduğunu yazıb.

Yevgeni Vitkovski 18 iyun 1950-ci ildə Moskvada anadan olub. O, müxtəlif dillərdə poetik tərcümələrlə, ədəbiyyatşünaslıqla məşğul olub. Bundan başqa, Vitkovski yazıçı-fantast kimi də tanınıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*