Tanınmış yazıçı vəfat etdibackend

Tanınmış yazıçı vəfat etdi

Tanınmış nasir, Azərbaycan Yazıçılar birliyinin üzvü Əlisahib Əroğul (İsrafilzadə) vəfat edib.

KONKRET.az xəbər verir ki,bu barədə yazıçının yaxınları məlumat verib.

Əlisahib Əroğul 1948-ci il sentyabr ayının 10-da Cəbrayıl rayonunun Dağtumas kəndində anadan olub. 1966-1971-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin mexanika şöbəsində təhsil alıb. 1976-cı ildə isə Marksizm-Leninizm Universitetinin iqtisadiyyat fakültəsini bitirib.

Qarabağ müharibəsi veteranıdır.

Əmək fəaliyyətinə inşaatçı fəhlə kimi başlayıb. Sonra elmi işçi, müəllim, məktəb direktoru işləyib. 23 avqust 1993-cü ildə Cəbrayıl şəhəri işğal olunarkən ev-eşiyindən didərgin salınıb.
1993-1996-cu illərdə Azərbaycan Aqrar Ekologiya İnstitutunda prorektor, baş müəllim, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında böyük mühəndis, 1996-2000-ci illərdə Gəncə Gil-Torpaq İB-də iqtisadçı-mühəndis vəzifələrində çalışıb. 1994-2006-cı illərdə ictimai əsaslarla “Ekologiya” nəşriyyatının direktoru olub..

O, bir sıra publisistik yazıları ilə respublika mətbuatında çıxış edib. Ə.Əroğul bədii yaradıcılığa 80-ci illərindən başlayıb. “Osmanoğlu” adlı ilk mətbu hekayəsi 1989-cu ildə “Ulduz” jurnalında dərc edilib. 1990-cı ildə “Karvan” jurnalında “Dəli Salatın” povesti, 1991-ci ildə “Ulduz” jurnalında “Ovçu Cəbrayılın tulaları” hekayəsi çap edilib. 1991-ci ildə “Gənclik” nəşriyyatının buraxdığı “Mənim fikrim” kitabında “Göz görür, ağıl kəsirsə” publisist yazısı dərc olunub.  24 kitab müəllifidir. /Modern.az

Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*