Naxçıvan Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zöhrab Həbiblinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, təqsirləndirilən Zöhrab Həbibli tanışı, zərərçəkmiş İmran Qafarovun (adı, soyadı şərtidir) sağlamlığına xuliqanlıq niyyəti ilə qəsdən ağır zərər yetirməkdə təqsirləndirilir.İlkin istintaqla müəyyən olunub ki, o, 2025-ci ildə yaşadığı Naxçıvan şəhərində xuliqanlıq niyyəti ilə hərəkətlər edib. Təqsirləndirilən şəxs həmin məqsədlə mətbəxdən götürdüyü bıçaqla İmrana qəfil hücum edərək qəsdən bədən xəsarətləri yetirib.
Hadisədən sonra Zöhrab Həbibli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
