Tanzaniyada meymunlar tərəfindən qaçırılan KÖRPƏ ÖLDÜbackend

Tanzaniyada meymunlar tərəfindən qaçırılan KÖRPƏ ÖLDÜ

Tanzaniyada meymunlar tərəfindən qaçırılan bir aylıq körpə ölüb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, iyunun 18-də Gömbe Milli Parkının yanında yerləşən Kiqoma rayonunda meymunlar kənd evinə girərək anası tərəfindən əmizdirilən körpəni qaçırıb.

Meymunlardan xilas edilən körpə xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Digər tərəfdən körpənin qaçırılmasının qarşısını almağa çalışan kəndlilərin də meymunların hücumuna məruz qaldığı qeyd edilib.

Qeyd edək ki, Tanzaniyanın 30 faizindən çoxu milli parklardan ibarətdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*