Tarasov Ermənistan və Azərbaycan arasında baş verən son toqquşmaların şok səbəblərini AÇIQLADIbackend

Tarasov Ermənistan və Azərbaycan arasında baş verən son toqquşmaların şok səbəblərini AÇIQLADI

“Ermənistanla Azərbaycan arasında baş verən son toqquşmalar onu göstərir ki, tərəflərdən biri müəyyən prosesi dayandırmağa cəhd edir və buna müvəffəq oldu”.

KONKRET.az xəbər veri ki, bu fikirləri rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələri üzrə ekspert Stanislav Tarasov deyib: “Kimin başladığını söyləmək çətindir. Toqquşma rus sülhməramlılarının yerləşdiyi ərazidən uzaqda baş verib, Müşahidəçilər yoxdur və tərəflər bir-birini günahlandırır” – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, bu proses maraqlı hadisələrlə üst-üstə düşüb: “44 günlük müharibədən və 2020-ci il noyabrın 9-da imzalanan bəyanatdan sonra yaranan Moskva-İrəvan-Bakı formatı işləyir. Onun bəndlərindən birində atəşkəs rejiminə əməl olunmasının zəruriliyindən bəhs edilir. Lakin Zəngəzurdakı bir günlük döyüşlər bu razılaşmaya zərbə oldu və son nəticədə onu tamamilə məhv edə bilərdi. Moskva formatı” (Moskva-İrəvan-Bakı) ilə ATƏT Minsk Qrupunun formatının gündəliyi bir-birindən fərqlənir. Çünki ATƏT-in Minsk Qrupu Qarabağın statusu ilə bağlı bəndi nəzərdən keçirməkdən rəsmən imtina etməyib. Yəni biz müxtəlif gündəliyə malik iki danışıqlar platforması ilə məşğul oluruq. Belə bir şəraitdə “Moskva formatı”nın bazasını dəyişmək və ya sarsıtmaq üçün tərəflərdən biri öz xeyrinə oynaya bilərdi” – deyə ekspert əlavə edib.

“Vəziyyət ağırdır və  gərgin olaraq qalır. Burada xarici qüvvə amili göz qabağındadır, lakin onu müəyyən etmək hələ də çətindir. Bakı və İrəvanın davranışından görünür ki, tərəflər genişmiqyaslı münaqişədə maraqlı deyillər, onlar sülh sazişinə doğru gedirlər, lakin ona yanaşma fərqlidir. Sülh müqaviləsinin hazırlanmasının hansı formatda – “Moskva formatı”nda, yoxsa ATƏT-in Minsk qrupu formatında aparılacağı bəlli deyil. 3+3 formatına gəlincə isə, indiki mərhələdə bu, əbəs təşəbbüsdür”, – deyə Tarasov fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

  • Zaur Bakidan
    Noyabr 20, 2021 - 19:00

    Господин Тарасов…вы глубоко ошибаетесь в Азербайджане. Как эксперт пора знать ,что Мы просто так даже букашки не обидем. Мы стоим и отстаиваеваем только то что принадлежит Нам Азербайджану с древних времен. Ваше как эксперта сомнения в нашей правоте , толкает Нас на мысли что Вы не эксперт, а просто старик у которого нкт конкретного мнения..
    Пора Вам как эксперту знать:
    Зангезур – это Азербайджан !!!
    Карабах – это Азербайджан !!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*