Tarasov: “İrəvanda heç kim bu suala aydın cavab verə bilməz”backend

Tarasov: "İrəvanda heç kim bu suala aydın cavab verə bilməz"

Rusiya son illərdə sübut edib ki, o, başqa ölkələrin daxili işlərinə və xarici siyasi qərarlarına qarışmır. Ancaq başqa bir sual meydana çıxır. Məsələn, Ermənistanın xarici siyasəti və ya əksinə Rusiyanın mövqeyi hər iki ölkə tərəfindən məqbul hesab edilirmi?”.

KONKRET.az xəbər verir ki, rusiyalı analitik Stanislav Tarasovun sözlərinə görə, “Bu, çox problemli mövzudur. İstənilən xarici siyasət qərarı ölkə daxilində ciddi təhlil edilməlidir. Ümumiyyətlə, ölkələrin xarici siyasət strategiyaları bütün qərarları ilə uzunmüddətli gələcəyə hesablanır.

Bu mənada Ermənistan rəhbərliyi belə qərarlar verərkən təkcə coğrafiyanı, regionu, ölkənin tarixini, maraqlarını, dünyanın hazırkı vəziyyətini, NATO-nun tarixini, imkanlarını, yaxınlaşmaq istəyini deyil, eləcə də bunun nəticələrini nəzərə almalıdır.

S.Tarasov bildirib ki, NATO-nun məqsədi Rusiyanın təsir dairəsini dəyişmək, Rusiyanın müttəfiqlərini azaltmaqdır: “NATO Rusiya sərhədlərinə addım-addım yaxınlaşıb və qırmızı xətti keçib. Buna görə də Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı başlamağa məcbur olub. Lakin söhbət postsovet ölkələrinin NATO-ya üzvlüyünə gəldikdə, NATO Ukrayna, Gürcüstan və Moldovanın üzvlüyünü tez bir zamanda təşkil etməyə hazır deyildi. Bu ölkələrlə NATO arasında dialoq onilliklərdir ki, uzanır, çünki NATO üzvlüklə bağlı üzərinə götürdüyü daha böyük məsuliyyətə hazır deyil.

Əsas problem odur ki, bu qurum Ermənistanın Rusiya ilə əlaqələrini birdəfəlik kəsmək istəyir. Belə bir sual ortaya çıxır: “Ermənistan NATO üzvü olacaqmı? Mən buna çox şübhə edirəm, amma İrəvanın NATO ilə sıx əməkdaşlığı Moskva və Tehran üçün problem yaradacaq, yəni Ermənistanın siyasi çətinlikləri olacaq, çünki burada NATO ilə bu ölkələr arasında ciddi geosiyasi problem var və bu, yeni deyil. Digər bir sual: NATO ilə yaxınlaşma Ermənistana nə qazandıracaq?

Bu suala İrəvanda cavab verilmir. Ümumi rəy belədir ki, NATO ilə dialoq Qərblə münasibətlərin tərkib hissəsi olduğu üçün edilir. Şübhəsiz ki, İrəvanda heç kim bu suala aydın cavab verə bilməz. NATO rəsmiləri dəfələrlə bəyan edir ki, üzvlük uzunmüddətli prosesdir. Avropalılar da əmin deyil ki, Ermənistan Qərbə tam inteqrasiya edəcək, ya yox?! Məsələ burasındadır ki, uzunmüddətli və qeyri-müəyyən proseslər vəd etməklə kollektiv Qərb Ermənistanın qərbləşməsini geridönməz etmək istəyir”, – deyə Tarasov bildirib.

Onun fikrincə, Rusiyanın reaksiyası əlbəttə ki, bu prosesə mənfidir və belə də davam edəcək. “Düşünürəm ki, Rusiyadan başqa heç bir reaksiya olmayacaq. Bu gün görünən odur ki, Rusiya Ermənistanla bağlı məsələlərdə çox sakit görünür, çünki Ermənistan-NATO münasibətləri və onların gələcəyi daha geniş hadisələrin bir hissəsi olacaq. Amma onu da xüsusi olaraq vurğulayım ki, Ermənistanla münasibətlər, Ermənistanın verdiyi qərarlar Rusiya üçün prioritet deyil”, – deyə o fikrini yekunlaşdırıb.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*