Tarix dərsliyindəki qalmaqallı Arsax sözü ilə bağlı AÇIQLAMAbackend

Tarix dərsliyindəki qalmaqallı Arsax sözü ilə bağlı AÇIQLAMA

“Sosial şəbəkələrdə 7-ci siniflər üçün “Azərbaycan tarixi” dərsliyindəki xəritələrdə “Arsak” yer adının erməni toponimi kimi verilməsinin tənqidi əsassız iddiadır. Bu dərslik 2018-ci ilin nəşridir və müəllifləri akademik Yaqub Mahmudov, Qabil Əliyev, Leyla Hüseynova, Sabir Ağayev, Sevil Bəhramova və Həcər Alışovadır”.

KONKRET.az-ın məlumatına görə, dərslik müəllifləri tərəfindən Oxu.Az-a verilən açıqlamada bildirilir ki, dərsliyin 8-ci səhifəsində “Azərbaycan VI-VII əsrlərdə”; 14-cü səhifəsində “Albaniya VII əsrdə”; 17-ci səhifəsində “Azərbaycan ərəb xilafətinin tərkibində” adlı xəritələrində indiki Qarabağ ərazisi “Arsak” adı ilə verilib.

“Belə ki, həmin dərsliyin 8-ci səhifəsində belə bir məlumat verilib: “Maraqlıdır ki, Qafqazda ilk xristian məbədi Qarabağda – qədim türk tayfası olan sakların toplu halda yaşadığı Ərsakda* (Arsak) yaradılmışdır. Hazırda xristian məbədlərimiz erməni işğalı altındadır. Ermənilər bu məbədlərin üzərindəki kitabələri saxtalaşdırıb dünyaya erməni abidəsi kimi təqdim edirlər. *Ərsak – erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi sak ərinin – igidinin adı ilə bağlı belə adlanırdı. Erməni işğalçıları qədim Azərbaycan torpağı olan Qarabağın dağlıq ərazilərinə sahib çıxmaq üçün Ərsak adını saxtalaşdırıb «Artsax» kimi təqdim edirlər”, – kitab müəllifləri bildirib.

Açıqlamada qeyd olunur ki, Azərbaycan ərazisinin qərbində aran və dağlıq Qarabağ bölgəsində sak tayfalarının məskunlaşma arealı geniş olduğundan qədimdən bu günə qədər “Ərsak” və ya “Arsak” toponimi daha çox işlənilib və yazılı mənbələrdə əks olunub.

“Bu barədə görkəmli tarixçilərimizdən Əbdürrəşid Bakuvinin, Rəşid bəy İsmayılovun, Mirəli Seyidovun, Ziya Bünyadovun, Rəmzi Yüzbaşovun, Qiyasəddin Qeybullayevin və başqalarının əsərlərində ətraflı məlumatlar verilib. Qarabağın aran və dağlıq hissəsində sak tayfaları uzunmüddətli məskunlaşma və yerli tayfalarla qaynayıb-qarışma formasına üstünlük verdiklərindən, bu yerlərin bir sıra sinonim toponimləri meydana gəlib. Məsələn, sakasinlər (sakabənzərlər) Mil düzündən Qarabağ dağlıq silsiləsinə və yaylasına qədər ərazilərdə yaşayıb və müxtəlif yer adları onlarla bağlı olub. Və yaxud, şişparaq saklar Urmiya gölünün şimalına qədər olan ərazilərdə məskunlaşıblar və eyni hal orada da təkrarlanıb. Beləliklə, həm Qarabağ, həm də də Arsak sözləri türk mənşəlidir.

Ermənilər böyük bağ mənasını verən Qarabağ (“qara” böyük, “bağ” isə bağ) sözünü erməniləşdirə bilmədiklərindən “Arsak” sözünə “t” hərfi əlavə edərək saxtalaşdırıblar və onun formasını dəyişib “Artsax” kimi təqdim edirlər. Sonda bir daha vurğulayırıq ki, “Ərsak” türk mənşəli sözdür. Eramızdan əvvəl 7-ci əsrdən sonra Kür və Araz çayları arasında Sak çarlığı var idi ki, bu da bizim indiki Qarabağın ərazisində olub. “Ar” sözünün mənası da “ər, igid” deməkdir”, – deyə dərslik müəllifləri bildirib.

  • Sərhad
    Sentyabr 18, 2020 - 22:51

    Ermənilərin öz dəraliklərində Şirvana qədər qədim erməni torpaqları kimi təqdim etdiklərini bilirdim. İndi isə həmin xəritəni Azərbaycan dərsliklərinə də salıblar. Sən demə guya Arsax türk sözü imiş. Yalansa Allah bəlanızı versin satqınlar. Müharibəyə başlamazdan əvvəl bütün satqınları təmizləmək lazımdır.

  • Bəxtiyar
    Dekabr 25, 2022 - 03:45

    Artsax sözü qədim Alban dövlətinin tərkibində mövcud olan 26 xalqdan biri olan tsaxur dilinə məxsus olduğunu əsaslsndırmaq olar. Belə ki, “Artsax” tsaxur dilində iki müstəqil sözün birləşməsindən yaranmış mürəkkəb sözdü. Sözün kökü AR- tsaxur dilində içəri(də) deməkdi. TSAX – isə tsaxur xalqın adını ifadə edir. Artsax ” içəri tsaxur ” mənasını verir. İkinci Qarabağ müharibəsi zamanı düşməndən azad edilən yaşayış məntəqələrdən birinin də adı Tsaxuri idi. Düşünürəm ki, bu toponimin də ermənilərə heç bir adiyyəti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*