Tarix Əliyevə yeni vəzifə verildi?backend

Tarix Əliyevə yeni vəzifə verildi?

Tarix Əliyevin (Tolik) verilişinin adı dəyişilir.

KONKRET.az xəbər verir ki, bu barədə prodüser və aparıcı Ülviyyə Alovlu şəxsi “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, Tarix Əliyevin aparıcısı olduğu verilişin hazırda 11 sponsoru var. Məlumata görə, sponsorların itirilməməsi üçün Space TV-nin rəhbəri Vado Tarix Əliyevlə razılığa gəlib. Razılaşmaya əsasən, gələn həftədən etibarən verilişin adı dəyişdiriləcək. Tarix Əliyev isə kanalda musiqi departamentinin rəhbəri vəzifəsinə təyin olunacaq.

Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. (AzTimes.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*