Tarixi abidəyə sevgilisinin adını yazan qadın 15 min CƏRİMƏLƏNDİbackend

Tarixi abidəyə sevgilisinin adını yazan qadın 15 min CƏRİMƏLƏNDİ

İtaliyada dünya irsi obyektlərinə qarşı növbəti vandalizm aktı baş verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı fransalı turist Piza qülləsinin sütunlarından birinin üzərinə özünün və sevgilisinin adının baş hərflərini yazıb.

Piza qülləsi

Məlumata görə, o, saxlanılıb.

Belə ki, turist tarixi abidəyə ziyan vurmaqda ittiham olunur.

Qeyd olunub ki, İtaliyada belə bir vandalizm cinayətinə görə 15 min avroya qədər cərimə nəzərdə tutulur.

Oxşar hadisələr daha əvvəl Kolizeydə də baş verib. Orada iyul ayında iki nəfər saxlanılıb, onlar da qədim abidənin divarlarına öz baş hərflərini cızıblar.

Kolizey

Qeyd edək ki, Piza qülləsi təxminən iki əsr ərzində – 1173-cü ildən 1360-cı ilə qədər tikilib. Üçüncü mərtəbənin tikintisi zamanı bina əyilib. Buna baxmayaraq, bünövrənin əyriliyini nəzərə alaraq qüllənin yuxarı hissəsi tamamlanıb.

Abidə Santa Maria Assunta Katedrali üçün zəng qülləsi kimi ucaldılıb və hündürlüyü 55,86 metrdir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*