“Taxıl sazişi”nin bərpası üçün ABŞ sanksiyaları aradan qaldırmalıdır – Antonovbackend

“Taxıl sazişi”nin bərpası üçün ABŞ sanksiyaları aradan qaldırmalıdır - Antonov

Rusiya dəfələrlə bildirib ki, Qara dəniz taxıl müqaviləsinin bərpası üçün qapı açıqdır və ABŞ boş eyhamları təkrarlamadan, faktiki olaraq sanksiyaların aradan qaldırılmasına keçməlidir.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Rusiya dəfələrlə, ən yüksək səviyyədə, “Qara dəniz təşəbbüsü”nün işini bərpa etmək üçün qapının açıq qaldığını bəyan edib. “Sadəcə Rusiya tərəfinin bir-birinə bağlı olan İstanbul razılaşmalarının ciddi şəkildə yerinə yetirilməsi ilə bağlı qanuni tələblərini təmin etmək lazımdır”, – diplomat bildirib.

O qeyd edib ki, bu sazişlərə “təkcə “Ukrayna” hissəsi deyil, həm də Moskva ilə BMT arasında Rusiya ərzaq məhsulları və gübrələrinin dünya bazarlarına çıxarılmasına dair heç də az əhəmiyyətli olmayan Anlaşma Memorandumu” daxildir.

“Ağ Ev, həqiqətən ehtiyacı olanların maraqlarını düşünürsə, sanksiya maneələrini faktiki olaraq aradan qaldırmağa keçməli idi”, – Antonov əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*