“Taxıl sazişi”nin müddəti uzadıldıbackend

“Taxıl sazişi”nin müddəti uzadıldı

“Taxıl sazişi”nin müddəti uzadılıb.

KONKRET.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

O, “Taxıl sazişi”nin paket xarakterinin təsdiqləndiyini söyləyib.

Rusiyalı diplomatın sözlərinə görə, “Taxıl sazişi” eyni şərtlərlə uzadılır: “Rusiya Federasiyası “Taxıl sazişi” üzrə bütün öhdəliklərin yerinə yetirilməsini israrla təmin etməyə çalışacaq”.

Qruşko onu da bildirib ki, Rusiyadan kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması prosesi yavaş-yavaş gedir.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*