Tayvanda 6,6 bal gücündə zəlzələ baş verdibackend

Tayvanda 6,6 bal gücündə zəlzələ baş verdi

Şənbə günü Tayvanın cənub-şərq sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, təbii fəlakətin episentri təxminən 1,5 milyon nəfər əhalisi olan Kaosyun şəhərindən 116 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat, dağıntılar və sunami təhlükəsi barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*