Bir neçə yüz nəfər yenidən Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq üçün toplaşıb.
KONKRET.az xəbər verir ki, etirazçılar artıq parlament binasının yerləşdiyi Rustaveli prospektini bağlayıblar.
Onlar şəhərin müxtəlif yerlərindən ayrı-ayrı qruplarla oraya gəlib, Rustaveli prospektində birləşiblər. Onlar əvvəlki günlərdə olduğu kimi hökumətin istefasını və yeni parlament seçkilərinin təyin edilməsini tələb edirlər.
Polis etirazçılara müdaxilə etmir. Daxili İşlər Nazirliyi nümayişçiləri dağıtmaq üçün istifadə olunan xüsusi texnikanı hələ də yerləşdirməyib.
KONKRET.az