TDT Media Forumunda rəqəmsal mTDT Media Forumunda rəqəmsal media mühitində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları mövzusu müzakirə olunubedia mühitində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları mövzusu müzakirə olunub, WUF13 çərçivəsində medianın fəaliyyətinə dair təqdimat edilibbackend

TDT Media Forumunda rəqəmsal media mühitində üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları mövzusu müzakirə olunub

Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində “Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları” mövzusunda ikinci panel sessiya təşkil edilib.

KONKRET.az xəbər verir ki, CBC telekanalının baş redaktoru, Xəbərlər, xüsusi layihələr və SMM şöbəsinin rəhbəri Elmira Musazadənin moderatorluğu ilə keçirilən panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, millət vəkili Sevil Mikayılova, “Qazaxıstan” Respublika Teleradio Korporasiyası Səhmdər Cəmiyyətinin “Balapan” telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir və Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov spiker qismində çıxış edərək rəqəmsal media mühitində əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, birgə kontent istehsalının təşviqi, informasiya mübadiləsinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Paneldə vurğulanıb ki, rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri edir. Qeyd edilib ki, ortaq rəqəmsal layihələrin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlətlərin kommunikasiya imkanlarını genişləndirə, regionda vahid və dinamik media məkanının formalaşmasına şərait yarada bilər.

Forum çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov “Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları” mövzusunda təqdimatla çıxış edərək 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı, modern urbanistika və “ağıllı şəhər” konsepsiyalarının müzakirə ediləcəyi ən böyük qlobal platformalardan biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, WUF13 çərçivəsində media üçün geniş imkanlar yaradılacaq, jurnalistlər üçün yüksək sürətli internet, tam təchiz olunmuş iş masaları, press-konfrans və müsahibə otaqları ilə təmin olunmuş Media Mərkəzi fəaliyyət göstərəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*