TDT-nin Media və informasiya üzrə işçi qrupunun iclası keçirilirbackend

TDT-nin Media və informasiya üzrə işçi qrupunun iclası keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Media və informasiya üzrə işçi qrupunun 12-ci iclası keçirilir.

KONKRET.az xəbər verir ki, iclasda Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov, TDT Baş katibinin müavini Ömər Kocaman və digər rəsmilər iştirak edir.

Tədbir çərçivəsində TDT-nin müvafiq sahə üzrə 2025-ci il üçün Fəaliyyət Planının icra vəziyyətinin müzakirəsi və 2026-cı il üçün uyğunlaşdırılaraq yenilənməsi gözlənilir.

Həmçinin TDT-nin media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısının yekun sənədi olan Kommünike layihəsi ətrafında fikir mübadiləsinin aparılması, növbəti toplantının keçirilmə yeri və tarixlərinə dair təkliflərin müzakirəsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*