TƏBİB: “Omikron”a yoluxan 12 nəfərin hamısı sağalıb”backend

TƏBİB: “Omikron”a yoluxan 12 nəfərin hamısı sağalıb”

“Bundan öncə seçmə yolu ilə “Omikron” ştamına yoluxduğu müəyyənləşən 12 nəfərin hamısı tam sağalıb, onların səhhətlərində hər hansı problem yoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ümumiyyətlə, beynəlxalq təcrübəyə əsasən, hazırda “Omikron” yayılmağa başladığı ölkələrdə “Delta” ştamını üstələyir və yoluxmaların əksəriyyətinin “Omikron” ilə əlaqəli olduğu bildirilir:

“Ona görə də aşkarlanan pozitiv nəticənin yeni ştamla əlaqəli olub-olmamasının ayrıca təyin edilməsinə ehtiyac görülmür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*