TƏBİB rəsmisi bıçaqlanan əməkdaşı barədə danışdıbackend

TƏBİB rəsmisi bıçaqlanan əməkdaşı barədə danışdı

Xəbər verdiyimiz kimi, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva ailə-məişət zorakılığına məruz qalaraq müxtəlif bədən xəsarətləri alıb.

KONKRET.az xəbər verir ki, TƏBİB-in departament rəhbəri Zamirə Ədilova hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyini bildirib:

“Dərin təəssüf hissi ilə bildirirəm ki, həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq müxtəlif bədən xəsarətləri alıb. Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub”.

Z. Ədilovanın sözlərinə görə, Lamiyə Qanbayeva təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və səmimi bir xanımdır. Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

“İnanırıq ki, dəyərli həkimlərimizin səyləri və özünün iradəsi ilə o, bu sınaqdan da güclü çıxacaq, tezliklə sağalaraq yenidən aramıza dönəcək. Allah şəfa versin!” – deyə TƏBİB rəsmisi əlavə edib.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*