TƏBİB şəhid qızının qızılcaya yoluxması iddiasına CAVAB VERDİ – YENİLƏNİBbackend

TƏBİB şəhid qızının qızılcaya yoluxması iddiasına CAVAB VERDİ - YENİLƏNİB

21 yaşlı Ülkər Tağızadə Hepatit A diaqnozu ilə Kliniki Tibbi Mərkəzin İnfeksion xəstəliklər şöbəsində müalicə alıb. Xəstənin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.

“05.12.2023-cü il tarixində bədən hərarəti kəskin yüksəlib, növbəti gün bədənin müxtəlif nahiyələrində qızılca səpkiləri müşahidə olunub. Qeyd edirik ki, ümumiyyətlə qızılca və Hepatit A xəstələrinin müalicəsi eyni müalicə korpuslarında aparılmır. Qızılca virusuna hava-damcı yolu ilə, Hepatit A virusuna isə qidalardan və çirkli sudan (yaxşı yuyulmamış tərəvəz, hovuz və dəniz suyundan) yoluxma riski daha yüksəkdir.

Məlumat üçün bildiririk ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Xəstənin anası ilə tərəfimizdən əlaqə saxlanılıb və ixtisaslaşmış xəstəxanada onun müalicəsinin aparılması təklif olunub”, – açıqlamada deyilir.

14:25

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Aprel şəhidi Rahim Tağıyevin övladı Ülkər Tağızadənin iki həftə əvvəl hepatit A diaqnozu ilə Mingəçevirdən Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin infeksion xəstələr şöbəsinə yerləşdirildiyini və oarada qızılcaya yoluxduğunu söyləyib.

S.Orucova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini problemlə bağlı açıqlama verməyə çağırıb.

KONKRET.az xəbər verir ki, Modern.az məsələni aydınlaşdırmaq məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edi:

TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Adilova saytımızın sorğusuna cavab olaraq deyib:

“Məsələ ilə bağlı araşdırma gedir. İddiaların nə qədər doğru olduğu araşdırılmalıdır. Araşdırmanın yekunu olaraq ictimaiyyətə məlumat veriləcək. Qaldı ki, qızılca xəstəliyinin inkubasiya dövrü 21 gündür. Yəni bunu dəqiq demək olmaz ki, sözügedən şəxs xəstəxanada yoluxub. Bəlkə heç xəstəxanaya gəlməmiş qızılcaya yoluxubmuş”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*