“Rospotrebnadzor” eksperti Yekaterina Qolovkova yüksək keyfiyyətli qara çayı saxtadan necə ayırmağı izah edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, ən etibarlı yol soyuq suya az miqdarda çay tökməkdir.
Onun sözlərinə görə, soyuq suda təbii çay bir neçə saatdan sonra belə dəmlənməyəcək:
“Soyuq suda təbii çay bir neçə saatdan sonra belə dəmlənməyəcək, şəffaf qalacaq və yalnız bir az rəngini dəyişəcək. Saxta çay isə dərhal suyu parlaq rəngləndirəcək. Belə məhsuldan istifadə etmək qəti qadağandır, çünki tərkibində sağlamlıq üçün təhlükəli boyalar ola bilər”.
Ekspert çay seçərkən ilk növbədə onun görünüşünə fikir verməyi məsləhət görür.
“Keyfiyyətli çayın tərkibində çay tozu, kir, ləçək, liflər olmamalıdır. Məhsuldan yanma, metal, kif iyi gəlməməlidir”, – deyə Qolovkova bildirib.
İqbal Rzayev,
KONKRET.az