İranın “ASA JET” Hava Yolları şirkəti Təbriz-İrəvan-Təbriz istiqamətində uçuşlarını həyata keçirməyə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan Hava Limanlarının baş direktoru Ramin Azəri məlumat verib.
O qeyd edib ki, Təbriz-İrəvan aviareysi həftdə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri həyata keçirlir.