Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… – Sübhanibackend

Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani

İranın Ermənistandakı səfiri Mehdi Sübhani İsrailin pilotsuz təyyarələrinin guya Naxçıvan və Qarabağ ərazisindən İrana hücum etməsi barədə iddialara cavab verib.

KONKRET.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Sübhani erməni jurnalistlərin bu yöndən sorğusunu cavablandırıb.

“Məndə belə bir məlumat yoxdur”, – o bildirib.

Qeyd edək ki, iranlı politoloq, SEPAH-ın göstərişlərini icra edən Salar Seyfəddin guya Təbrizi vuran (həm də məhz Təbrizi – red.) PUA-ların Naxçıvan və Qarabağdan qalxdığı haqda cəfəngiyyat səsləndirib və təbii ki, erməni mediası da bunu həvəslə tirajlayıb.

Xatırladaq ki, İranı vuran İsrail PUA-larının İranda istehsal edildiyi, yığıldığı, daşındığını İran kəşfiyyatı təsdiqləyib və İsrail casuslarını 4 gündür həbs etməklə məşğuldur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*