TƏCİLİ! ABŞ BAŞLADI: Yaxın Şərqə hərbi qüvvə yeridir – Onlarla döyüş təyyarəsi və tankerbackend

TƏCİLİ! ABŞ BAŞLADI: Yaxın Şərqə hərbi qüvvə yeridir - Onlarla döyüş təyyarəsi və tanker

ABŞ-ın 20-yə yaxın yanacaq doldurma təyyarəsi və bir neçə eskadrilya F-35 və F-16 qırıcısı Səudiyyə Ərəbistanındakı “Əmir Sultan” aviabazasına istiqamətlənib.

KONKRET.az xəbər verir ki, bu barədə açıq mənbələrə əsaslanan OSINT mənbələri sosial şəbəkələrdə məlumat yayıblar.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr artıq bölgəyə doğru hərəkətə keçib. Bu, bölgədə artan hərbi-siyasi gərginlik fonunda baş verir.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ-ın müdafiə naziri Pit Hegset sosial şəbəkə X platformasında etdiyi paylaşımda bildirib:

“Ötən həftəsonu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında əlavə qüvvə və vasitələrin yerləşdirilməsi ilə bağlı göstəriş verdim”.

Pentaqon rəhbərinin sözlərinə görə, bu addım ABŞ-ın bölgədəki mövcudluğunu gücləndirməyə və ehtimal olunan təhdidlərə cavab verməyə yönəlib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*