Almaniyanın Aşhaffenburg əyalətində içərisində 2 azərbaycanlının olduğu avtomobil ağır qəzaya düşüb.
KONKRET.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, digəri ağır xəsarət alıb. Sürücü 35 yaşlı Vüsal hadisə yerində keçinib. Sərnişin Elmar Kərimov isə koma vəziyyətində xəstəxanaya yerləşdirilib.
Tibb müəssisəsindən aldığımız məlumata görə, o komadan ayılsa da, vəziyyəti ağır olaraq qalır.
Burhan,
KONKRET.az