TƏCİLİ: Azərbaycanda benzinin qiyməti qalxa bilər – SƏBƏB BUDURbackend

TƏCİLİ: Azərbaycanda benzinin qiyməti qalxa bilər - SƏBƏB BUDUR

Son günlər yol vergisinin dövlət büdcəsinə yönləndirilməsi ilə bağlı müzakirələr artıb. İctimaiyyətin diqqəti xüsusilə bu dəyişikliyin avtomobil sahiblərinə və yanacaq qiymətlərinə mümkün təsirlərinə yönəlib. Vergi yükünün strukturunda baş verən dəyişikliklərin həm texniki baxışın qiymətinə, həm də benzinin bazar dəyərinə təsir edib-etməyəcəyi sual altındadır.

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu addım həm avtomobil sahiblərinə, həm də yanacaq bazarına iki əsas istiqamətdə təsir göstərəcək. Ekspert ilk olaraq avtomobillərin texniki baxışının qiymətinin gələn ildən təxminən 2,5 dəfə artacağını vurğulayıb. Onun sözlərinə görə, bu, avtomobil sahibləri üçün ciddi əlavə xərc yaradacaq:

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb | Modern.az

“Texniki baxışın qiymətinin 2,5 dəfə artması kifayət qədər ciddi yükdür. Avtomobil sahibləri üçün əlavə xərc formalaşacaq.”

Yanacaq qiymətlərinə gəlincə, Natiq Cəfərli bildirir ki, benzinin qiymətində nəzərəçarpacaq artım gözlənilmir. Çünki hazırkı dəyişikliklər bir ton üçün hesablanmış vergi artımıdır və onun əhəmiyyətli təsiri olmayacaq:

“Vergilərin artması bəzi təsirlər yarada bilər, amma hazırda benzinin qiymətinə böyük təsir göstərəcək həcmdə deyil. Çünki bizdə qiymətə əsas təsir edən amil vergi yox, neftin dünya bazarındakı qiymətidir.”

Ekspert qeyd edib ki, neft qiymətləri hazırda ucuzlaşdığı üçün qonşu ölkələrdə də benzinin qiymətində azalmalar müşahidə olunur:

– Gürcüstanda benzin ucuzlaşıb;

– Türkiyədə də son həftələr ərzində hər litr üzrə təxminən 6 lirə ucuzlaşma qeydə alınıb.

Bu səbəbdən, Natiq Cəfərlinin fikrincə, vergilərin artmasına baxmayaraq, Azərbaycanda benzinin qiymətinin artması üçün əsaslı səbəb yoxdur.

Ekspert əlavə edib ki, bütün hallarda qərar Tarif Şurasından asılıdır:

“Tarif Şurası hansısa qərar verərsə, bu, əlavə yük kimi vətəndaşların üzərinə düşəcək.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*