TƏCİLİ: Bu ölkə də hava məkanını bağladı – Nə baş verir?backend

TƏCİLİ: Bu ölkə də hava məkanını bağladı - Nə baş verir?

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın ABŞ və İsrailə qarşı həyata keçirdiyi zərbələrə cavab olaraq mümkün raket və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısını almaq məqsədilə hava məkanını qismən və müvəqqəti bağladığını elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

BƏƏ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, hava hücumundan müdafiə sistemləri İran istiqamətindən daxil olan raket və pilotsuz uçuş aparatlarına qarşı fəaliyyət göstərir.

Rəsmi qurumlar vəziyyətin nəzarət altında olduğunu vurğulayaraq təhlükəsizlik tədbirlərinin gücləndirildiyini qeyd ediblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*