ABŞ İranla müharibəni sonadək davam etdirə biləcəkmi? – Nevzlindən SENSASİON PROQNOZbackend

ABŞ İranla müharibəni sonadək davam etdirə biləcəkmi? - Nevzlindən SENSASİON PROQNOZ

Yaxın Şərqdə davam edən müharibənin 17-ci günü ilə bağlı yeni iddialar və qiymətləndirmələr ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, Keçmiş “YUKOS” vitse-prezidenti Leonid Nevzlin bildirib ki, ağır itkilərə baxmayaraq, İran hələ də müqavimət göstərməkdə davam edir.

Onun sözlərinə görə, müharibə ərzində İranın hava hücumundan müdafiə sistemlərinin böyük hissəsi, donanması və İslam İnqilabı Keşikçiləri Korpusunun əsas generalları məhv edilib.

Həmçinin İranın ali lideri Xameneinin öldürüldüyü iddia olunur. Buna baxmayaraq, İranın hücumları davam edir.

Nevzlin qeyd edir ki, ABŞ və İsrailin rəhbərlik etdiyi koalisiya hava və dənizdə üstünlüyə malik olsa da, İran müxtəlif üsullarla müharibədə qalmağı bacarır. Xüsusilə, İsrailə atılan raketlərin təxminən yarısının kaset tipli döyüş başlıqları ilə təchiz edildiyi bildirilir. Bu isə geniş ərazilərdə təhlükə yaradır və mülki əhaliyə təsiri artırır.

Məlumata görə, İsrailin hava hücumundan müdafiə sistemi zərbələrin 85–90 faizini zərərsizləşdirir. Lakin hər gecə müdafiə xərcləri yüz milyonlarla dollarla ölçülür.

Eyni zamanda, Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata ciddi təsir edib. Neft qiymətlərinin kəskin artdığı, dünya üzrə hasilatın isə milyonlarla barrel azaldığı qeyd olunur.

ABŞ kəşfiyyatının məlumatına əsasən, İran nüvə proqramı ilə bağlı materialların bir hissəsini müharibədən əvvəl gizli şəkildə başqa yerlərə çıxarıb. Bu isə proqramın tamamilə dayandırılmasının çətin ola biləcəyini göstərir.

Nevzlinin fikrincə, əvvəlcədən qısa müddətli olacağı gözlənilən müharibə uzanır və bu, həm region, həm də dünya iqtisadiyyatı üçün daha ağır nəticələr vəd edir.

O, sual edir: ABŞ prezidenti Donald Tramp bu müharibəni sonadək davam etdirməyə hazırdırmı?

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*