Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Baş nazirin Qurban bayramını təbrik etmək münasibətilə Türkiyə liderinə zəng etdiyi bildirilib. Məlumata görə, telefon danışığı zamanı Türkiyə ilə Ermənistan arasında təmaslar, regional və qlobal məsələlər müzakirə olunub.
Prezident Ərdoğan bölgədə əhatəli normallaşmanın və Azərbaycan ilə Ermənistan arasında sülh dialoqunun əhəmiyyətinə diqqət çəkərək Türkiyə ilə Ermənistan arasında təmaslardan məmnunluğunu dilə gətirib.