TƏCİLİ: İrəvan dövlətinin bayrağı qəbul edildi – FOTObackend

TƏCİLİ: İrəvan dövlətinin bayrağı qəbul edildi – FOTO

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli qeyd edib.

O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib.

“4 iyun – Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, – deyə o qeyd edib.

Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib.

Artıq mühacir hökumət də formalaşıb.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*