İsrailin Livan ərazisinə endirdiyi hava zərbələri nəticəsində Nəbatiyyə şəhərində yerləşən “Rus Evi” mədəniyyət mərkəzi zədələnib. Hadisə regionda davam edən hərbi gərginlik fonunda baş verib.
KONKRET.azxəbər verir ki, bu barədə Yevgeni Primakov özünün Telegram kanalında məlumat yayıb. Onun sözlərinə görə, İsrailin hava hücumları zamanı Nəbatiyyədə yerləşən mədəniyyət mərkəzi zərbə alıb, lakin qurumun direktoru Əsəd Deyya xəsarət almayıb və təhlükəsiz vəziyyətdədir.
Primakov həmçinin qeyd edib ki, Rossotrudniçestvo hazırda Livandakı tərəfdaşları ilə əlaqə saxlayır. Bildirilir ki, Beyrut şəhərində fəaliyyət göstərən “Rus Evi” də vəziyyəti izləyir və yerli qurumlarla koordinasiya aparır.
Natiq Səlim,
KONKRET.az
