“Hazırda Qarabağda hakimiyyətsizlik və xaos hökm sürür. Vəziyyət sürətlə nəzarətdən çıxır”.
KONKRET.az xəbər verir ki, bu sözləri erməni siyasi fəal İşxan Verdiyan deyib.
O bidirib ki, hazırda Rusiya sülhməramlıları da situasiyanın öhdəsindən gələ bilmirlər. Bu, böyük bir fəlakətə səbəb ola bilər.
“Azərbaycan hakimiyyətindən vəziyyəti nəzarətə götürmələrini xahiş edirəm! Dərhal bir şey edilməlidir! Partlayış qurbanları üçün həkimlərə və ləvazimatlara ehtiyacımız var! Ümumi xaosun qarşısını almaq üçün qanun və asayiş qüvvələri lazımdır! Vəziyyət çox ciddidir! Təcili müdaxilə etməliyik!”, – deyə İşxan Verdiyan bildirib.
Günel Mikayıova,
KONKRET.az