TƏCİLİ! Bakıda GÜCLÜ PARTLAYIŞ – Ölən və yaralanan… YENİLƏNDİ (RƏSMİ)backend

TƏCİLİ! Bakıda GÜCLÜ PARTLAYIŞ - Ölən və yaralanan... YENİLƏNDİ (RƏSMİ)

26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə KONKRET.az-a TƏBİB-dən bildirilib

Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

****

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.

****

Bakıda gülcü partlayış olub.

KONKRET.az xəbər verir ki, insident paytaxtın Yasamal rayonu, Kinostudiyanın yaxınlığında yerləşən zavodun köhnə pirotexnika sahəsində qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən yanğınsöndürən briqadalar və digər təxirəsalınmaz yardım xidmətləri cəlb olunub.

Partlayışın səbəbi və mümkün insan tələfatı barədə hələlik rəsmi məlumat verilməyib. Ərazidə təhlükəsizlik tədbirləri görülür, əhali evakuasiya olunmayıb.

Əlavə məlumatlar verildikcə xəbər yenilənəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*