Təcili yardım xidməti ödənişli olacaq? – AÇIQLAMAbackend

Təcili yardım xidməti ödənişli olacaq? - AÇIQLAMA

Yaxın gələcək üçün əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin ödənişli olması nəzərdə tutulmur.

KONKRET.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair keçirilən brifinqdə sualları cavablandırarkən deyib.

O bildirib ki, belə məsələ gündəmdə yoxdur.

V.Qurbanov xatırladıb ki, əhaliyə göstərilən təcili tibbi yardım xidməti tam ödənişsizdir: “Bu gün üçün dövlətin bu sahədə əsas hədəfi əhalinin tibbi xidmətə əlçatanlığını təmin etməkdir. Düzdür, dünyanın bir sıra ölkələrində bu xidmət ödənişlidir. Bu da xidmətdən əsassız istifadənin qarşısını almaq üçün tətbiq olunur. Vətəndaşlar bilməlidir ki, xidməti əsassız məşğul etmək həm dövlət büdcəsindən, həm də icbari tibbi sığorta üzrə nəzərdə tutulan fondun maliyyəsindən sui-istifadə hallarına səbəb ola bilər. Bununla belə, hazırda ödənişli xidmət məsələsi gündəmdə yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*