Təcridxanada olan Hacı Vəliyevin kartına blok qoyuldubackend

Təcridxanada olan Hacı Vəliyevin kartına blok qoyuldu

Hazırda Kürdəxanı təcridxanasında saxlanılan Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin əlilliyinə görə vəsaitin köçürüldüyü “Kapital Bank” kartına blok qoyulub.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

“İstintaq qeyd edir ki, bizim bununla bağlı məhdudiyyət tədbirimiz olmayıb”, – o bildirib.

“Kapital Bank” tərəfindən məsələyə belə mövqe bildirilib: “Sosial media üzərindən göndərilən şəxsi mesajlar vasitəsilə sənədlərin qəbulu və baxılması nəzərdə tutulmur. Məsələnin araşdırılması və dəstək göstərilməsi üçün kart sahibinin özü birbaşa müraciət etməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*