Təcridxanada olan Hacı Vəliyevin kartına blok qoyuldubackend

Təcridxanada olan Hacı Vəliyevin kartına blok qoyuldu

Hazırda Kürdəxanı təcridxanasında saxlanılan Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin əlilliyinə görə vəsaitin köçürüldüyü “Kapital Bank” kartına blok qoyulub.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.

“İstintaq qeyd edir ki, bizim bununla bağlı məhdudiyyət tədbirimiz olmayıb”, – o bildirib.

“Kapital Bank” tərəfindən məsələyə belə mövqe bildirilib: “Kapital Bank olaraq bildirirk ki, müştərimiz Hacı Vəliyevin vəkili Aqil Layıcın müraciəti əsasında araşdırma aparıldı. Araşdırma nəticəsində əldə edilən məlumatlar qanunvericiliyin tələbinə əsasən bank sirri hesab olunduğundan həmin məlumatların yalnız müştərinin səlahiyyətli nümayəndəsinə, həmçinin müştərinin yazılı razılığı ilə üçüncü şəxslərə verilməsi mümkündür. Məsələ ilə bağlı tam dəstək göstərilə bilməsi üçün kart sahibinin müvafiq səlahiyyətlərə malik nümayəndəsinin müraciət etməsi xahiş olunur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*