ABŞ-nin Cənubi Karolina ştatındakı tədqiqat mərkəzlərinin birindən 40 meymun qaçıb.
KONKRET.az xəbər verir ki, heyvanlar mərkəzdə eksperiment məqsədlər üçün saxlanıırmış. Qaçan heyvanların hansı testlərdə iştirak etdiyi və onların hər hansı xəstəliyə yoluxduğu göstərilmir. Eyni zamanda yerli sakinlərə həmin meymunlarla təmasda olmamaq barədə xəbərdarlıq edilib. Həmçinin meymunların evlərə daxil olmasının qarşısını almaq üçün qapı və pəncərələri bağlı saxlamaq tövsiyə olunub.
Vəli Həsənoğlu,
KONKRET.az