“Təhlükəli qatil Andrey Andreyev Paraqvaydan Rusiyaya ekstradisiya edilib”.
KONKRET.az xəbər verir ki, səkkiz nəfərin qətlində, adam oğurluğunda və dələduzluqda əli olan rusiyalı qatı cinayətkar 20 ildən artıqdır ki, xaricdə gizlənirdi.
Qeyd edək ki, 90-cı illərdə Andreyev Viktor Buyanovun başçılıq etdiyi mütəşəkkil cinayətkar qrupun üzvü idi.
Anatoli Ştompel bu dəstənin ağlasığmaz cinayətlərindən danışaraq bildirib ki, “Buyanovun dəstəsi “Kazan quldurları”nın bölməsidir. Onlar qətllərlə, soyğunçuluq və adam oğurluğu ilə məşğul olublar. Bunlar yırtıcı sürü kimi hər şeyə hazır olan insan cildli varlıqlardır”.
Hələ çoxlu qanlı kriminal hadisələr və müəmmalı qətllər var ki, Andreyevin törətməsi haaqında ciddi iddialara söykənir.
Rəsmiyyə Şərifova,
KONKRET.az