Təhlükəli virus yayıldı – Bu heyvandan insanlara keçirbackend

Təhlükəli virus yayıldı – Bu heyvandan insanlara keçir

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi tərəfindən edilən açıqlamada, paytaxt Abuca ilə yanaşı, digər 21 ştatda da Lassa qızdırması hallarının artmaqda davam etdiyi bildirilib.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, 25-31 avqust tarixləri arasında ölkədə 10 yeni Lassa hadisəsi qeydə alınıb, bununla da 1-31 avqust tarixləri arasında Lassaya yoluxma sayı 871-ə yüksəlib. Keçən il isə ölkə üzrə Lassa virusundan 190 nəfər dünyasını dəyişib.

Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə Lassa qızdırması səbəbindən fövqəladə vəziyyət elan edib.

Mali, Toqo, Qana, Liberiya və Sierra Leone kimi bir çox Afrika ölkəsində müşahidə edilən Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində aşkarlanıb.

Siçan nəcisi ilə təmas zamanı keçən xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırma yaradır.

Səlahiyyətlilər əhalini siçan və digər gəmiricilərlə təmasdan çəkinməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*