Tehran vəziyətdən necə çıxacaq? – “Xaosun qarşısını almağa çalışacaqlar”backend

Tehran vəziyətdən necə çıxacaq? – “Xaosun qarşısını almağa çalışacaqlar”

“Tehran prezident İbrahim Rəisinin ölümündən sonra hər hansı xaosun yaşanmamasını təmin etməyə çalışacaq”.

KONKRET.az xəbər verir ki, bu fikri ABŞ-nin “CNN” telekanalına müsahibəsində Tehranda yaşayan jurnalist və araşdırmaçı Abbas Aslani deyib.

“Bu gün səhər Nazirlər Kabinetinin fövqəladə iclası olub. Onlar insanları bir şəkildə əmin etmək istəyirlər ki, vəziyyət nəzarətdə olacaq və heç bir xaos olmayacaq”, – deyə araşdırmaçı jurnalist vurğulayıb.

A.Aslani əlavə edib ki, İran hakimiyyəti “keçidin rəvan getdiyinə əmin olmaq” istəyəcəklər: “Bu, ölkə üçün əhəmiyyətli itkidir, lakin məncə, hazırda onların diqqət mərkəzində olan ən vacib məsələ yaranmış vəziyyətdən çıxmaqdır ”.

Qeyd edək ki, İran İslam Respublikasının konstitusiyasına əsasən, indi vitse-prezident müvəqqəti olaraq prezidentin səlahiyyətlərini icra etməlidir. Hazırda ölkənin vitse-prezidenti Məhəmməd Möhbərdir. Ölkədə 50 gün ərzində yeni prezident seçkiləri keçirilməlidir.

Xatırladaq ki, dünən İranın prezidenti İbrahim Rəisi 63 yaşında helikopter qəzası nəticəsində dünyasını dəyişib. Ölənlər arasında xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da var.

İbrahim Rəisi ölkənin ali rəhbəri olan Ayətullah Əli Xameneidən sonra İran İslam Respublikasının siyasi strukturunda ikinci ən güclü şəxs hesab olunurdu.

Tənqidçiləri İbrahim Rəisini “sərt kurs tərəfdarı” kimi dəyərlənirirdilər. Prezident olmamışdan öncə Ali Məhkəminin sədri olan İ.Rəisi ruhani idarəçiliyə qarşı gənclərin başçılıq etdiyi etirazlar zamanı fərqli fikirlərə qarşı intensiv repressiya dövrünə nəzarət edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*