Tehranın bir sıra yaşayış məhəllələrində üzlərini maska ilə gizlədən təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı reydlər aparıldığı bildirilir.
KONKRET.az xəbər verir ki, bu barədə yerli sakinlərdən biri Iran International nəşrinə məlumat verib.
Məlumata görə, təhlükəsizlik əməkdaşları paytaxtın müxtəlif kvartallarında motosikletlər və pikap avtomobilləri ilə hərəkət edir, nümayişkaranə reydlər keçirir, havaya atəş açır, yaşayış binalarının pəncərələrinə lazer şüaları yönəldir və sakinləri təhqir edirlər.
Yerlinin sözlərinə görə, silahlı şəxslər bəzi hallarda vətəndaşların evlərinə zorla daxil olur. Axtarışlar zamanı yalnız peyk antenləri deyil, eyni zamanda peyk resiverləri də müsadirə edilir.
Hadisələr Tehranda təhlükəsizlik tədbirlərinin daha da sərtləşdirildiyini və əhali üzərində təzyiqlərin artdığını göstərir.
Natiq Səlim,
KONKRET.az
