Tehrandan Minskə və Moskvaya uçan təyyarənin SİRRİ: Netanyahuya qarşı gizli plan, yoxsa…?backend

Tehrandan Minskə və Moskvaya uçan təyyarənin SİRRİ: Netanyahuya qarşı gizli plan, yoxsa...?

İranın diplomatik təyyarəsinin qəfil Tehrandan Minskə, ardınca isə Moskvaya uçması və Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin təcili səfəri bölgədə diqqət çəkib. Bəs, bu səfər regional güclərin, xüsusilə Rusiya və Belarusun mümkün münaqişədə mövqeyinə necə təsir göstərə bilər?

KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, hazırda İran və İsrail arasında yeni bir müharibənin başlanması gözlənilmir. Xüsusilə, İsrailin hazır olmadığını vurğulayan ekspert qeyd edib ki, Netanyahunun Dohada baş verən hücumla bağlı Qətər hökumətindən üzrxahlıq etməsi onu beynəlxalq aləmdə tənqidlərə məruz qoyub. Bu səbəbdən İsrail yeni qarşıdurmaya girməyəcək, ABŞ isə əvvəllki dəstəyini bu dəfə verməyəcək.

Putinin bu qərarı təkcə azərbaycanlılara yox, həm də” - VACİB AÇIQLAMA |  KONKRET

“İranın diplomatik təyyarəsinin Rusiya və Belarus istiqamətinə qəfil səfəri təsadüfi deyil. Bu səfər İranın regional müttəfiqləri ilə əlaqələrini möhkəmləndirmək, gələcəkdə mümkün hərbi və diplomatik ssenarilərdə dəstəyini təmin etmək məqsədi daşıyır. Həmçinin İran daxilində son vaxtlar generalların hədəf alınması ilə bağlı hadisələr də bu səfərlərin strateji əhəmiyyətini artırır”.

Ekspertin fikrincə, Rusiya və Belarusun İran üçün önəmi böyükdür və bu ölkələrlə əlaqələrin sıxlaşdırılması, sənədlərin imzalanması və qarşılıqlı dəstəyin təmin olunması Tehranın gələcək regional siyasətində mühüm rol oynaya bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*