İran İsrail və ABŞ-la gərginliyin artdığı indiki dövrdə Rusiyadan daha aktiv mövqe gözlədiyini açıq şəkildə bəyan edib.
KONKRET.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai bildirib ki, Rusiya ilə strateji tərəfdaşlıq sazişinə malik olan İran bu çətin mərhələdə Moskvanın həm BMT Təhlükəsizlik Şurasında, həm də regionda daha qətiyyətli rol oynamasını gözləyir.
“Rusiya, İranla köklü dostluq əlaqələrinə malik ölkə kimi, bu kritik dövrdə xüsusi mövqe tutur. Rusiya təkcə BMT Təhlükəsizlik Şurasının daimi üzvü və JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı) iştirakçısı deyil, eyni zamanda region üçün strateji əhəmiyyət daşıyan güclü qonşudur”, – deyə Baqai qeyd edib.
Onun sözlərinə görə, Tehran Moskvanın çoxşaxəli dəstəyinə dair aydın gözləntilərə və mövqeyə malikdir və bu dəstəyin təkcə beynəlxalq platformalarda deyil, həm də regional təhlükəsizlik məsələlərində özünü göstərməsi vacibdir.
Natiq Səlim,
KONKRET.az