Ekspert “od püskürdü”: “Hazırkı maaşla kim öz peşəsindən əl çəkib gəlib müəllim işləyəcək?”backend

Ekspert "od püskürdü": "Hazırkı maaşla kim öz peşəsindən əl çəkib gəlib müəllim işləyəcək?"

Təhsil Nazirliyinin siyahısında qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaqlar. Bu barədə Təhsil Nazirliyinin açıqlamasında məlumat əks olunub. Bəs görəsən, təhsil mütəxəssisləri bu qərarı necə dəyərlləndirirlər? Qeyri-pedaqoji ixtisaslara sahib şəxləri müəllim işləməsi mümkündürmü? Yaxud, müvafiq təlim kursu keçmək onların müəllim kimi yetişməsinə şərait yaradacaqmı? 

Mövzunu KONKRET.az-a şərh edən təhsil eksperti Kamran Əsədov bildirib ki, Ümum təhsil haqqında qanunun 21-ci maddəsində Pedaqoji fəaliyyətlə məşğul olma maddəsi əks olunub: “Müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda çox yanlış qərardır. Qərbdə bu cür mexanizm var. Kim istəyirsə 6 ay, 1 il kurs keçir və müəllim olur. Müəllimlik peşəsini heç nə ediblər. O kurslar müəllimə sadəcə müvafiq fənn üzrə baza bilik və müasir təlim metodlarına dair müvafiq bacarıqlar öyrədir, Amma həmin kurslar müəllimə şagird psixologiyasını, pedaqoji yanaşmaları, məktəb-valideyn münasibətlərini öyrətmir. Ona görə də Qərbdə hər yerindən duran müəllim olduğu üçün təhsildə tərbiyə elementi yoxdur və məktəblər aqressiv şagirdlərlə doludur. Onların təhsil müəssisələrində məktəb qaydasını pozan şagirdi 1 gündən 1 ilədək tədris prosesindən uzaqlaşdırır və elm ocağına buraxmırlar. Təəsssüf ki, bu yanaşmanı Azərbaycanda özəl məktəbdə işləyən xaricilər bizim şagirdlərə də tətbiq edir. Nəticədə, şagird məktəbə nifrət edir. Çünki o şagirdin yaramaz biri olduğu ictimailəşir, islah olunmaz hala gəlir. Bu cəza metodunu tətbiq edənlər şagird və yaş psixologiyasını, pedaqogikanı əsla bilmir. Bu gün universitetlərimizdə fənlər həm müəllimlər, həm də tələbələr tərəfindən qulaqardına vurulduğu üçün gənc müəllim sinfi idarə edə bilmir. Təkmilləşdirmə müəssisələrinin də birincilik verdiyi kurikulum üzrə tədris bacarıqlarının inkişafı olduğu üçün müasir şagirdlə necə dil tapmaq, ona necə yanaşmaqla bağlı bacarıqlar aşılanmır. Ona görə də müəllim imici zəifləyir, pis müəllim obrazı formalaşır və müəllim-məktəb mövzusu gündəmdən düşmür”.

Oxu.az - Kamran Əsədov: “Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - VİDEO

Kamran Əsədovun sözlərinə görə, 2050-ci ildən dünyanı süni zəka idarə edəcək: “Ona görə də bizə diplomlu gələcəkdən daha çox, insani keyfiyyətlərə malik gələcək lazımdır. Belə gələcəyi də yalnız pedaqoji universitetlərdə hərtərəfli təhsil almış mütəxəssislər yetişdirə bilər. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanda müəllim sayı ehtiyac olduğundan çoxdur. Bundan başqa, müəllimin hazırkı maaşıyla kim öz peşəsindən əl çəkib gəlib müəllim işləyəcək? Azərbaycan təhsilini poleqona çevirmək bu millətə vurulan ən böyük zərbədir.
Doğrudur, bu tətbiq xaricdə liberal ölkələrdə müsbət qarşılanıb. Ancaq sosial dövlət anlayışına sahib olan ölkələrdə qəbul edilməyib. Ona görə də, təhsilin dövlətin öhdəsinə götürdüyü bir sosial vəzifə, yoxsa hamının üzərində cəmləşən bir məsulaşacaq. Birincidə təhsil müqəddəs və ölkə üçün əhəmiyyətli bir iş ikən, ikincidə təhsil bir biznes hesab olunur. Bu biznesi isə yaxşı biznesmen məharətlə idarə edə bilər”.

Təhsil eksperti əlavə edib ki, bizim pedaqoji təhsilli kadrlarımız az deyil: “Bəlkə də onlar pedaqoji təhsili olmayan qohumlarına iş söz veriblər. İndi onları yerləşdirmək istəyirlər. Bu nə yenilikdir? Finlandiyada müəllim olmaq üçün sadəcə bakalavr təhsili kifayət etmir, mütləq magistratura da bitirmək lazımdır. Özü də təhsil aldığı müddətdə o şəxsin göstəriciləri əla olmalıdır. Hal hazırda çox sayda müəllim jurnal yaza bilmir, uşaqlarla davranmağı bacarmır. Çünki müəllim hazırlayan ali təhsil müəssisələri sadəcə nəzəriyyə keçir, praktika isə yox dərəcəsindədir. Hələ bunlar pedaqoji təhsilli adamlardır. İndi görün pedaqoji təhsili olmayanlar gəlsə, bizi nələr gözləyər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*