Təhsil krediti almaq istəyən 400 tələbənin müraciətindən niyə imtina olundu? – SƏBƏBbackend

Təhsil krediti almaq istəyən 400 tələbənin müraciətindən niyə imtina olundu? - SƏBƏB

“Ölkəmizdə kifayət qədər böyük sayda tələbə indiyə qədər Təhsil Tələbə Kredit Fondundan yararlanıb”.

KONKRET.az xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Ekspert qeyd edib ki, bu kreditdən həqiqətən də bu tip kreditə ehtiyacı olanlar yararlanır:

“Təbii ki, hər kəs istəyir ki, bu kreditdən yararlansın. Çünki kifayət qədər şərtləri yüngüldür, yumşaqdır, əslində əlçatandır. Hesab edirəm ki, Təhsil Tələbə Kredit Fondunun verdiyi kreditlər təhsilin keyfiyyətinin artmasına müsbət təsir göstərəcək. Çünki burada çox böyük güzəştlərlə verilməklə yanaşı, eyni zamanda təhsil aldıqları müddətdə tələbələrin akademik borcları yüksək olarsa, bu zaman kreditin böyük həcmi onlara bağışlanır”.

Təhsil eksperti təhsil krediti almaq istəyən 400 tələbənin müraciətindən imtina olunmasında da söhbət açıb:

“Müəyyən insanlar yalnış məlumatlar daxil etdiyindən bu hallar yaşanır və verilmiş kreditdən imtina edir. Eyni zamanda, onların akademik göstəriciləri 71-dən yuxarı olmaldır. Yaxud da kəsrlərin olması kreditin verilməsinə maneə olan səbəbdir. Məhz bu amillər olmadığı təqdirdə təbii ki, onlara kreditlərin verilməsindən imtina olunur. Yaxud da özü haqqında məlumatların yalnış daxil edilməsi kreditin verilməsindən imtinaya səbəb olur”. Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*