backend

Təhsil naziri müəllimlərə MÜRACİƏT ETDİ

“Təhsil Nazirliyi vakansiyaları hər zaman göstərir və bu çap ediləcək. Əgər düşünürsünüz ki, kimsə hansısa vakansiyalarla bağlı məlumatları gizlədir, onda həmin məlumatları bizə göndərə bilərsiniz”.

KONKRET.az report-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, vakant yerlərin sayını hər il artırmaq mümkündür: “Vakansiyalar fənlər üzrə də fərqlənə bilər. Əvvəllər birinci sinfə şagird qəbulu çox olsa da, bu gün bu göstərici aşağı düşür. Ona görə də ola bilsin ki, növbəti illərdə ibtidai siniflər üzrə vakansiya sayı aşağı düşə bilər”.

O əlavə edib ki, müəllim olmaq istəyən namizədlərin heç də hamısı işsiz deyil: “Bizi də başa düşmək lazımdır ki, hamını Bakıda işə götürə bilmərik. Kənd məktəblərinin sayı kifayət qədərdir və həmin yerlərə də müəllim göndərmək lazımdır. Bəllidir ki, bəzi xanımların ailəvi məsələlərə görə ora getməsində müəyyən problemlər yaranır”.

  • Aytən
    Avqust 5, 2021 - 22:16

    Mən kəndədə gedməyə raziyam, amma işə girməyə imkan vermirsz🥺

  • Samirə
    Avqust 5, 2021 - 23:20

    Qəbələ rayon Nohurqışlaq kəndində vakant yerlər çıxarılmır.Yaşlı müəllimlər çıxandan sonra onların dərs saatı direktor tərəfindən başqa müəllimlərə pul müqabilində satılır.Bu məsələyə diqqət yetirin,çox xayiş edirəm.Hər il yüksək bal yığıb kənarda qalıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*