Təhsil nazirindən vətəndaşlara MÜHÜM MÜRACİƏTbackend

Təhsil nazirindən vətəndaşlara MÜHÜM MÜRACİƏT

COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

O qeyd edib ki, qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır:

Nazir ictimaiyyətə müraciət edərək bildirib ki, mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı:

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm”.

  • Müşfiq
    Avqust 14, 2020 - 10:26

    Salam mən fikirləşirəm ki,pandemiya dövrü uşaqları qorumaq daha vacibdir. Onlar bizim gələcəyimizdir

    • Mürsəlova
      Avqust 15, 2020 - 14:12

      Salam.online dərs 0 səviyyədə keçdi.ancaq internet problemi yaşanırdı.vaxtın çoxu elə qoşulmaqa gedirdi.yenə oksa yenə həmin prablemlər olacaq.elə müəllimlər varki heç normal sinif otaqında bütün uşaqların hamısınan maraqlanmır.heç yanına keçib yaxıb yazmadıqını yoxlamır.qaldıki online olanda nəsə öyrədəcəy.bu reallıqdır.mınim təklifim budurki.sinifdəki uşaqlar bölünsün.növbəyə sallnsın.meəllimlər artlrılsın.bur sinifdə 25 uşaq olmasın.yarıya endirilsin.pandemiya bir kənara təhsilin inkişafınada xeyirli olar.heç bir uşaq diqüətdən kənarda qalmasın

    • Humay
      Avqust 16, 2020 - 01:06

      Salam. Onlayn təhsilin səviyyəsi çox aşağıdı. Gələcəyimizi məhv etməyək. Bəzi vacib olmayan dərsləri yığışdırmaqla, gündəlik dərs saatlarını azaltmaq, bir neçə növbəli dərsləri təşkil etmək olar. Çox sayda işə düzəlməyə çalışan müəllimlər qalıb kənarda. Onlara da şərait yaranmış olar.

  • Admin
    Avqust 14, 2020 - 10:38

    Salam.bir valideyn kimi narahatam.cünki müəllimlərimiz onlayn derslere laqeyid yanaşdılar.heç övladım 7ci sinfi doğru düzgün mənimsəmədi.kecmediler derslerin çoxunu.mən 89nom məktəbdən danisiram

  • Sadıqov Mirvaleh
    Avqust 14, 2020 - 10:40

    Müasir məktəbə müasir düşüncəli ,fəal gənclər gərəkdir.

  • Afaq
    Avqust 14, 2020 - 10:49

    Fikrimce dersler online platformada teshkil olunsa bir muddet daha faydali olar. Esasen kichik sinifler ne sosial mesafeni qoruyur ne de ki, gigiyena qaydalarina riayet edirler. Bu sebebden virtual mekteb daha elverishli olacaq fikrimce.

    • Nurlana
      Avqust 14, 2020 - 11:20

      Mümkünsə sən düşünmə🤦‍♀️ Sizin kimilərin fikirlərinə görə qalmışıq evdə, dəeslərimizdən uzaq.

    • Fexriyye
      Avqust 14, 2020 - 17:52

      Salam.Ozel mekteblerde bir sinifde en coxu 10 usaq olur ve tek partalarda oturur.Xahis edirik,ozel mektebler hec olmasa oktyabrdan acilsin.

  • Xedice
    Avqust 14, 2020 - 11:06

    Men bir universitet telebesi olaraq. Deyremki heç bir dersi. Menimsemek tam olmur. Distant tehsilde. Maksimum 10 nəfər iştirak edrdi qalanlarnın. Ya interneti yox idi yada. Girmirdiler derse. Çox adam. Heç qulaq asmırdıda. Gecekden söhbet gedr ama. Geleceymiz üçün heçne etmirik. Esl distant tedris forması bele olmur . Ya hibrit tedris formasna keçrilsin yafa. Ənənəvi .

    • Fexriye
      Avqust 15, 2020 - 19:44

      Hansı ixtisas üzrə təhsil aldığınız çox maraqlıdı.Pedaqoji sahededirse, heç…..yazı seviyyesi sıfır.

  • Nurlana
    Avqust 14, 2020 - 11:18

    Başa düşün bizim təhsilimizə yaraşmır onlayn dərs! Evdə qala bilmirik. Artıq nə psixologiyamız nə də maddi vəziyyətimiz buna imkan verir. Dərslər ənənəvi formada başlanılsın.

  • Kəmalə
    Avqust 14, 2020 - 11:34

    Salam mən də onlayn dərslərdən çox narazıyam. Müəllimənin özünün interneti yox idi. Dərsləri watsapla hər gun başa salırdı. Yeni dərsi uşaqdan soruşa bilmirdi. 18 saylı məktəb. Bu ilk qəbul imtahanlarında isə uşaqların martdan evdə oturmağı heç nəzərə alınmadı. Keçən il qəbul imtahanlarında çox asan suallar düşmüşdü. Halbuki əslində bu il belə olmalı idi. Təhsilimizi getgedə daha da bərbad vəziyyətə sallrlar.

  • Nihad
    Avqust 14, 2020 - 11:34

    Mənim fikrimcə,artıq distant təhsil yox ənənəvi təhsil formasina keçilməlidir.Artıq bütün valideyn və şagirdlərin ayrı-ayrılıqda psixologiyaları pozulub.Distant təhsil düzgün bir təhsil deyil.Şagirdlərdə laqeyd yanaşır bəzi müəllimlərdə.Artıq 2020-2021 tədris ilinin bir qismi bağlı qalsa şagirdlər həddən artıq geriləməyə başlayacaq.Səhv xəbər yayılmışdı.Amma məncə səhv olsa belə o qaydalara gore mekteb açılsa daha yaxşı olar.Hem şagird sıxlığı nəzərə alınlb həm də gugiyena qaydalarına.İstərdim ki o qaydalar həyəta keçirilsin

  • Saleh
    Avqust 14, 2020 - 11:45

    Salam daimi esaslara isleyen mellimlere miq imtahani ne vaxt olacag bunu evvelceden demey bu qedermi cetindi

  • Sebri
    Avqust 14, 2020 - 11:46

    Dərslər əyani şəkildə ənənəvi formada öz vaxtında başlamalıdır. Distant təhsil isə boş şeydir. Çünki:
    1) Heç bir distant təhsil əyani, canlı ,praktiki tədrisi əvəz edə bilməz.
    2) Gərək evlərdə sürətli internet və normal kompyuterlər olsun. Bu da ki, yəqin ki, hamıda yoxdur. Hələ mən kənd yerlərini demirəm.
    3) Bir evdə əgər bir neçə nəfər eyni zamanda dərs keçərsə, onda gərək hərənin öz ayrı kompyuteri olsun.Bu da ki, çətin ki, hamıda bu şərait var.
    4) Gərək valideynlərdən biri işini gücünü atıb uşaqların başının üstündə olsun, yoxsa uşaqın qulagı guya müəllimdə olacaq, özü isə başqa bir səhifədə ya oyun oynayacaq, ya da kinoya, multfilmə baxacaq.
    5) Virusdan qorxmaq lazım deyil, bu virus uşaq və gənclər üçün qorxulu deyil. Onsuz da hamı əvvəl axır bu virusa yoluxub immunitet əldə edəcək.

  • Elnare
    Avqust 14, 2020 - 12:05

    Eger insanlarin saglamligi muzakire olunursa,derslere bir muddet ara vermek lazimdir.Bu gun acilib seheri gunu dehşetli neticelerle qarşlilaşacaĝiqsa ve dersler yeniden baĝlanacaqsa,acilmasa yaxşidir.Mektebler ucun en gozel teklif teledersler verilsin,ordan uşaqlara ev tapşiriqlari verilsin,uşaqlar o tapşiriqlari ya foto ya video formatinda cekib muellime atdinlar Muellim sehv- duz oldugunu ayird etsin,qiymetlendirsin,başa duşe bilmediyini başa salsin( video formasinda).Muveqqeti bele qaydada kecmek olar.Esas telederslere hami baxsin.Bu butun mekteblilerin eyni vaxtda eyni dersi kecmeleri ucin olsun ki,mekteb acilanda movzularda ireli-geri sohbeti olmasin.

    • Ayşən
      Avqust 14, 2020 - 14:01

      Gəlin özumuz aldatmayaq . İnanirsiniz mi ki, buna baxan olacaq

  • Qasımova Elmira
    Avqust 14, 2020 - 12:20

    Salam. Hörmətli Nazirimiz mən 7-ci sinif şagirdiyəm. Onlayn dərslərin hamsında iştirak etdim. Bunların içərisində çox yaxşı və pis dərs keçənlər oldu. Yaxşı və pis olmasından asılı olmayaraq, mən onlayn dərslərin keçilməsinə etiraz edirəm. Çünki, mənim gözüm çox zəifdir, mənfi 4 eynək taxıram. Hər dəfə onlayn dərsdən sonra bütün gün boyu gözümün yorğunluğundan narahatlıq keçirirəm. Kitabları oxumaqda çətinlik çəkirəm. Onlayn dərslərdən sonra gözlərim bir qədər də zəiflədi. Hörmətli Nazir bildiyiniz kimi mənim vəziyyətimdə olan uşaqların sayı çoxdur. Sizdən çox xahiş edirəm məktəblərin onlayn deyil, canlı açılmasını təmin edəsiniz. Heç bir onlayn dərs canlı təhsili əvəz edə bilməz. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.

  • Niyaz
    Avqust 14, 2020 - 12:21

    Mənim fikrimcə normal dərs keçirilməlidir çünki onlayn dərs vaxt itkisindən başqa bir şey deyil həmdə bütün şagirdlər bundan istifadə edə bilmir

  • Təhsil
    Avqust 14, 2020 - 12:23

    Salam mən bir müəllim ki, online dərslərə üstünlük verimməsinin əleyhinəyəm. Çünki şagirdlərin əl əxsus da kənd məktəblərinin şagirdlərində nə mobil telefonları var nə də internet xətləri yoxdur. 2 uşağın telefonu və interneti varsa 5 nin yoxdur. Dərslər ənənəvi formada başlanılsın.

  • Ayan
    Avqust 14, 2020 - 12:26

    Salam. Mən bir tələbə olaraq distant təhsilin ölkəmizdə əlverişsiz yola verilən formada olduğunu düşünürəm çünki, şagirdlər dərsləri tam mənimsəmir özlərini də aldarmlş olur. Kənd yerlərində internet və ya kasıb ailələrin uşaqlarının şəraitini düşünmək lazımdır. Dezinfeksiya qaydalarına tam əməl edərək ənənəvi qaydada təhsilin keçirilməsinə tərəfdaram.

  • Gunay
    Avqust 14, 2020 - 12:26

    Dərslər ənənəvi şəkildə başlanılsın. Çünki kənd yerlərində yaşayan şagirdlərin əksəriyyərinin nə mobil telefonu nə də online dərslərə qoşulmaq üçün internet xəttləri var. 2 uşaq dərslərə qoşulanda 5 i qoşula bilmir. Nə mənası oldu ki? 2 şagirdə öyrədək 5 i təhsildən kənar qalsın?

  • Şəhanə
    Avqust 14, 2020 - 12:28

    Ənənəvi şəkildə başlanılsın

  • Samira
    Avqust 14, 2020 - 12:31

    Manim qizim Ahmadova Nuray 1 ci sinif ucun 54 No /rali maktaba muraciat etmisam hala bir cavab galmayib

  • Deniz
    Avqust 14, 2020 - 12:50

    Təhsil millətin gələcəyidir. Düşünürəm ki, başqa yol tapılmalıdır. Biz ölkə olaraq distant təhsilə hazır deyilik. Nə müəllimlər nə şagirdlər bu cür təhsilə ciddi yanaşmır. Elə ailə var nə interneti nə görüntülü danışa biləcəyi telefonu yoxdur onlar nə etməlidir savadsız qalmalıdır?! Bəs unversitetlər, praktikalar? Necə mənimsəyəcəklər, gələcəkdə necə işləyəcəklər? Uzaqdan təhsil heç vaxt ənənəvi təhsili əvəz edə bilməz.

  • Yeganə
    Avqust 14, 2020 - 13:12

    Hər şeydən əvvəl düşünməliyik ki, ibtidai sinif uşaqları gigyena qayalarını ciddi surətdə pozurlar.Bu hal sinif otağında da bufetdədə və s baş verir.Məktəblər açılsa hələ payız aylarında qripin qızışan vaxtı hər şey təzədən başlayacaq.

  • Nuran Elekberova
    Avqust 14, 2020 - 13:45

    Yalannan bu virusu behane etmeyin. Onsuz evvelde tehsil bir zibil deildi indide onlayn ta muellimeler oz kefinde.Milleti duwunmursuzse tehsili duwunun.Sifira gedir tehsil.Allahdan qorxun.Insanlar sefalet icinde.Men 2uwagnan harda iwliye bilerem bu pandemiya dovrunde.Allah bu virysdan istfade edenlerin evinde salamatcilig vermesin hec.Bu Meherremlikden isteyrem

  • İbrahimov Zakir
    Avqust 14, 2020 - 13:47

    İbtidayi sinif uşaqlar gigenya qaysdalarin pozular körpə uşaqlardi xəstəliyə tutula bilələr .Düşünurım ki başqa yol tapilmalidi.mənim övladim 3 ci sinifə kecdi onlayinla dərs kecirildi ancaq hecnə başa düşə bilmiri geri qalir coxunda internet yoxdu qoşula bilmir

  • Zinyət
    Avqust 14, 2020 - 13:55

    Salam.onlayn dərs olanda biz valideynləri də nəzərə alın zəhmət olmasa.məs bizdə 2 uşaq təhsil alır.onlayn olanda 1i dərsə qoşulur biri qalır.
    amma şəxsən mən uşağımın sağlamlığını daha üstün tuturam.əgər həqiqətən də virus , təhlükə varsa onların evdə qalmağını daha üstün tuturam.
    Birdə xahiş edirəm ki,geyimlər müvəqqəti sərbəst olsun.cunki qiymət artımını və işsizliyi nəzərə alasiz.

  • Devran
    Avqust 14, 2020 - 13:55

    Onlay dersler orta mekteb usaqlarcin sifir derecedi.hec bir usaq ona yanasa bilmir.eyer gunumuzde xetelikle elaqeli olaraq cixis yolun onlayn derde gorursuzse 7 ci sinife qeder hec bir usaq bundan faydalana bilmeyecek . Onlay dersdense mektebler biraz gec acilmagi menim fikrimce gozel olar.

  • Ayşən
    Avqust 14, 2020 - 13:56

    Müəyyən qaydalar əsasında Ali ve Orta mekteblerin açılasını isdeyirik. Çünki online təhsilin heç bir müsbət effekti yoxdur. Əgər şagird və tələbələrimizin online şəkilde tədris ilini davam etməyini isdəyirsinizsə müəyyən avadanlıqlarla təmin etməlisiniz. Çünki bölgələrimizdə təhsil üçün şərait eyni deyil.

  • Nərmin
    Avqust 14, 2020 - 14:02

    Məncə online dərsin heç bir xeyri yoxdu çünki evdə iki uşaq var və hər ikisi də məktəb bağlanandan geriləyiblər.məktəbdə nələrisə təşkil etməklə məktəbi açmaq olar məncə 3 aşağı siniflər ,3 gün yuxarı siniflərə dərs keçmək olar həm şəhər əhalisinin ola bilər ki imkanı olsun .biz kənddə yaşayırıq internet yoxdu telefon bir dənədi üstəlik də ki kənd işi çox ağırdı bizim uşaqlar telefondan istifadə etməyi bilmir.birdə ki bu hazırlıq çoxalır belə ,oda ki hamının imkanı yoxdur ki usaqi hazırlığa qoysun bütün işlər baglanib gərək iş ola ki pul da ola . ən yaxşı məktəb açılsın uşaqlar yoxlanılsın masqada və dizinfeksiya olunaraq az da olsa əsas fənləri keçsinlər.xais edirəm bu qərarı alanda kənddə yasayani kasıbları da nəzərə alın ölkədə heç də hamı standart yasamiru

  • Nermin
    Avqust 14, 2020 - 14:10

    Salam.men anlayıram sağlamlığımız üçün evdə qalmaliyiq amma təhsil zəifləyir.online dərslər çox verimli deyil.mueyyen tədbirlər nəzərə alınaraq təhsil başlasın.daima mariflendirici söhbətlərlə sagirdlerimizi və valideynlərimizin melumatlandiraq.ozumiz özümüzü qoruyaq.bu Vətən üçün savadlı gələcək lazimdi.fikrime önəm verdiyiniz üçün təşəkkür edirem

  • Araz
    Avqust 14, 2020 - 14:14

    Dusunuremki təhsil ocaqlari her hansi sertler daxilinde olsa da bele acilsa gozel olar cunki online tehsili elverisli hesab etmirem…

  • Sevda m.
    Avqust 14, 2020 - 14:16

    Salam. İctimai rəyə önəm verdiyinə görə Nazirimize dərin təşəkkürümü bildirirəm. İşlərində müvəffəqiyyətlər arzulayıram.
    Bir müəllim və valideyn kimi düşünürəm ki, əgər söhbət sağlamlıqdan gedirsə,biz yaşlıların sağlamlığını gələcək nəslin sağlamlığına dəyişmiş oluruq. Çünki,uşaqlar daşıyıcıdırlarsa, evdəkiləri yoluxduracaq prinsipini əsas tuturuq. Bəs niyə düşünmürük ki, bizi təhsilsiz, həmçinin onurğa,göz,baş beyin və s. xəstələri olan,psixoloji olaraq mənəviyyatı sarsılmış gələcək gözləyir. Zənnimcə bu Covid 19-dan daha böyük təhlükə deməkdir.

    • Sevinc Mirzəteva
      Avqust 15, 2020 - 11:02

      Bir müəllim olaraq mart ayının ortalarından uzaqdan təhsilə start vermişəm.Nəzərə alsaq ki, şagirdlərim birincilərdi işin necə çətin olduğunu göz önünə gətirək.Amma bu çətinliyi aradan qaldırmaq üçün şagirdləri eTwinning projelərindəki canlı vebinarlara da qoşur və həvəsləndirmək üçün sertifikatlar da hazırlayırdım. Bu görüşlərdən maksimum şagirdlərin xeyrinə istifadə edirdim. Təəssüflə qeyd edim ki, onlayn dərslərə 26 şagirddən maksimum 13 şagird qoşulurdu. Məlum səbəblərdən onlayn dərsə qoşula bilməyən digər şagirdlər evdə vhatsapla göndərdiyim tapşırıqları az da olsa yazlb şəklini mənə göndərirdilər.Və bu imkandan da maksimum dərəcədə istifadə edirdim.Lakin 6 şagirdə valideyimlər mənimlə əlaqə saxlamağa heç bir şərait yarada bilmədilər.
      İnanmıram ki, məndən çox şagirdlə əlaqə yaradan və əlaqə yaratmağa çalışan müəllim olsun. Bu şəraitdə yenə də tam nəticə əldə etmək olmur.Verilən internet şəbəkəsinin bu qədər yükləndiyini nəzərə alsaq , çox zəif internetlə dərslərin effekti də yaxşı alınmasa da imkan daxilində hər yola əl atırdım.
      Bütün bunları nəzərə alaraq bildirirəm ki,ibtidai sinifdə şagirdlə canlı ünsiyyəllə dərs keçməyin yerini heç bir texniki yüksəliş əvəz edə bilməz..
      Doğrudur çalışmaq lazımdır ki, pandemiyata qarşı tədbirlər planına da əməl edək. İnanıram ki, təhsil bilicilərinin yaranmış vəziyyətlə əlaqəli çıxardığl qərar təhsilimizin inlkişafını ləngidəcək deyil, daha da inkişaflna yönələcək. Tezliklə İnşallah Covid19 virusuna qarşı Dövlətimiz tərəfindən aparılan danılmaz tədirlərin nəricəsində normal hətata qayıdaq.

  • Nurlana
    Avqust 14, 2020 - 14:20

    Distant tehsil ucun biz inkiwaf etmemiwik evvelce bunu duwunerek qerar verin mende muellimeyem ama kend yerinde yawayiram 1neferle whatsapp proqraminda gucle daniwiriq online nece ders kecek?enenevi usulla bawlanilsa yaxwi olar

  • Nermin
    Avqust 14, 2020 - 14:25

    Hal-hazırda çox gərgin zamanlar keçirdirik amma bunu təhsildən qalaraq bir azda artırırıq.usaqlarin asudə vaxtları çox olur və heç bir uşaq öz yanından kitab oxumur bunun əvəzinə internetə daxil olub lazımsız əsəb pozan bezileride uyğunsuz videolar oyunlara baxırlar və onları daha sonra təhsilə cəlb etmək çətin olacaq.online təhsil əlbətdə yerində bir qərar və yaxşı qərardı ancaq biz hamımız yaxşı yaşamırıq kasıb tebeqe var onlarıda nezere almalıyıq.haminin yaxşı telefonu yoxdu sürətli interneti yoxdu.bezi fəhlə ailələrində elə savadlı yüksək nailiyyətlər əldə edən şəxsiyyətlər yetisirki biz hamımız buna şahidlik misal göstərməyə ehtiyac yoxdu.cox yazıçımız şairimiz belə ailələrdə yetişib.amma indi online dərslər belə uşaqları təhsildən kenarlasdirir.yene fikrimi tekrarlayiram dərslər normal şəkildə qaydalara əməl edərək başlasın.umidvaramki anlaşılır yazmisam

  • Məhəmməd
    Avqust 14, 2020 - 14:25

    Salam məktəblər açılması yaxşı olardı virtual dərsdə uşaqların gözləri ağrıyir

  • Günel
    Avqust 14, 2020 - 14:28

    245saylı məktəbdə 1ci rübdə nə qədər 2alan var.Payız imtahanına saxlanılıblar.Müəllimlər tərəfindən hec bir kömək də yoxdur.1sinifdə 18usaqa 2yazılıb.Yəni bu pandemiya dövrunde usaqları nəzərə almaq olmazmıydı????

  • Srvda
    Avqust 14, 2020 - 16:10

    Bir valideyin kimi men ovladimin gehsiline gore cox narahatam.Mekteblerin acilmamagi ovladlarimizi ucuruma aparacaq.online ders mekteb rejiminin effektini vermir

  • Xalidə
    Avqust 14, 2020 - 16:42

    Məncə onlayın dərs hem bir fayda vermir məktəbləri bilmirəm bizim universtetdə 3 ay boyunca heç bir onlayın dərs olmadı məncə universtetlər ənənəvi dərs formatına qayətmalıdı çünki onlara nəzarət edib, maska və gigiyena qaydalarına riayət etmələrini təşkil etmək olar.

  • Nergiz
    Avqust 14, 2020 - 17:23

    Zehmet olmasa mekteblerin acilmasini lengitmeyin. Cunki rayonlarda internet ve avadanliqlar urek acan seviyyede deyil. Sagirdlerin bir coxu online derslere qosula bilmir. Bunu bir muellim olaraq xahis edirem.

  • Günel
    Avqust 14, 2020 - 20:08

    Məktəblərdə də, ali təhsil müəssisələrində də dərsləri təşkil etmək lazımdır, ancaq qruplarda şagird/tələbə sayı azaldılmalı, gündəlik təmizlik və dezinfeksiya işləri aparılmalı və məsafə gözlənilməlidir. Qısa iş rejimi də müəyyən oluna bilər

  • Araz
    Avqust 14, 2020 - 21:41

    Ilk novbede onlayin ders kecilmesi ucun muellimleri internetle temin etmey, hemcininde wagirdleri. Yalandan demeyle deyilki onlayin ders kec. Oki galdi indi kecilen derslere indi normalda mektebde ders kecilmir galdi indiki veziyyet de. Tehsil sifir veziyyetdedi.

  • Aygun
    Avqust 15, 2020 - 00:57

    Salam men bir muellim kimi onlayn dersden cox naraziyam tedrisin keyfiyyeti cox asagi duwur isteyerem ki mektebler gigiyenik qaydalara riayet olunaraq enenevi sekilde acilsin Naftalan seher S.Vurgun adina 2N li tam orta mektebin muellimi

  • Aygun muellime
    Avqust 15, 2020 - 01:01

    Salam men bir muellim kimi onlayn dersden cox naraziyam tedrisin keyfiyyeti cox asagi duwur isteyerem ki mektebler gigiyenik qaydalara riayet olunaraq enenevi sekilde acilsin Naftalan seher S.Vurgun adina 2N li tam orta mektebin muellimi

  • Vüsalə
    Avqust 15, 2020 - 01:03

    Salam, mənim fikrimcə də distant təhsil gələcəyimizi uçuruma aparır, heç bir onlayn dərs əyani, canlı , praktik dərsi əvəz edə bilməz, heç yaxın gələ də bilməz. Yaxşı deyiblər, bir milləti məhv etmək istəyirsənsə , onun təhsilini əlindən al. Distant təhsil milləti məhvə aparır. Dərslər sentyabrdan açılsa yaxşı olar, dərslərimizə davam edərdik.

  • Xeyale
    Avqust 15, 2020 - 06:48

    Salam zehmet olmasa deyerdiz müellimlerin onlayn ders keçmesi könüllüdü yoxsa mecburi .yeni tehsil nazirliyi terefinden belə bir ohdelikleri varmi ?

  • Aysel
    Avqust 15, 2020 - 07:10

    Onlin dərsəlin keçirilməsi üçün ilk növbədə internet probleminə çarə tapılmalıdır . Belə internet sürəti ilə çox çətindir. Şəxsən bizim evdə iki müəllim iki şagird var. Çətinliyimizdə çox olur həm dərslər çox üst -üstə düşür həm də internet demək olarki yox səviyyəsində olur bağlantı ya kəsilir yada gün boyu demək olar ki olmur.

  • Kəmalə Mamedova
    Avqust 15, 2020 - 08:22

    Salam.mən bir valideyn kimi məktəblərin açılmasının tərəfdarıyam. Elə ailə varki 3 məktəblisi var.evdə isə 1 kompyuter var qalan 2 uşaq necə olacaq əlbəttə təhsildən yayınacaq. Hər evdə internet yoxdur bu nəzərə alınmalıdır. Bizim ölkəmizdə distant təhsil ,online dərslərin olması təhsilimizi uçuruma aparan yol deməkdir. Onsuzda kurikulum təhsili bərbad günə salıb əgər online dərsdə keçilsə sonra təhsili diriltmək mümkün olmayacaq. Xahiş edirəm bir valideyn bir vətəndaş olaraq məktəblər açılsın. Qaydalara əməl edilməklə . Dezibfeksiya , və digər tədbirlər görülməklə .

  • Həyat
    Avqust 15, 2020 - 11:15

    Menim fikrimcə əgər məktəb başlayarsa 10-11 lərin onlayn dərs keçməsi mənasızdır deyirsiz ki onlar müəllim yanına gedir xeyr müəllim yanına getməyənlər var və hansı ki qabağda həmin şagirdlərin imtahanı var bəs onlar nə etsin eləyə qalanda digər sinif şagirdlərindəndə müəllim yanına gedən çoxdur əgər dərslər başlayarsa bütün siniflər məktəbdə dərs keçsə daha yaxşı olar çünki Hər kəs distant təhsilin əleyhinədir.

  • Həyat
    Avqust 15, 2020 - 11:18

    Əgər məktəblər başlayarsa 10-11 lərin onlayn dərs keçməsi düzgün deyil çünki Hər kəs müəllim yanına getmir və həmin şagirdlərin qabağda imtahanı var. Birdə hər kəs distant təhsil təhsilin əleyhinədir.Dərslər distant olmasa daha yaxşı olar.

  • Azad
    Avqust 15, 2020 - 14:28

    Salam. Menim üçün bir valideyn kimi övladımin sağlamlığı hər şeydən önəmlidir. Əgər müəllim daşıyıcıdirsa ve uşaqlarla əsasəndə birincilerle six təmasda olursa bu neçə- neçə uşağın sağlamlığınin riskə atılması deməkdir.
    Diatant tehsil tebiiki eyani tehsilin yerini vermir. Lakin müəllimlər öz vəzifələrini düzgün, doğru yerinə yetirsə mence bu yaranmış vəziyyətin öhdəsindən gələrik.
    Əgər hörmətli Nazirimiz bütün məktəblərdə işləyən müəllimlerin könüllü olaraq yox məcburi şəkildə celb olunmasini təşkil etsə bəzi ” müəllimlər” oz xidməti borcunu doğru- düzgün yerinə yetirər.

  • Sevinc
    Avqust 15, 2020 - 19:00

    Salam . Mən şamaxı rayonunun əngəxaran kəndidən yazıram. Bizdə onlayn dərs ümumiyyətlə olmadı virtual məktəb layihəsindən hamı qeydiyyatdan keçdi lakin dərs keçən olmadı. Qardaşım universitetdə oxuyur oda onlayn dərsdən yararlana bilmədi. Onalrın yarımillik odənişi götürülməlidir. Yollardaki açılmır atam rayonlararası sürcü işləyir. İşlərdə dayanıb.

  • Uğur Məmmədov
    Avqust 15, 2020 - 20:04

    Məncə ibtidai siniflərdə tədris davam etməlidir. Yuxarı sinif şagirdləri online dərslərlə davam etdirə bilər. Məncə belə olsa əla olar. Kiçik yaşlı uşaqlar müəllimə tanımalıdırlar. Bu mütləqdir.

  • Saqi
    Avqust 15, 2020 - 20:35

    Men kollec tələbəsiyəm ve derslerimi əlaçiliqla basa vurmusam(3-cü kursun axirina kimi). Aqrarda oxuyuram lakin online kecilen derslerde hec ne yadimda qalmir bəzi muellimlerinde basi cixmir yeni melumati olan var olmayan var bilmirem en coxda yaşli muellimler yuksek savada malik olsada movzulari duzgun çatdira bilmir. Yeni her şey oz elimizdedi tehsil milletin geleceyidi xahis bizi tesilden kor qoymayin. Muasir dovurde her cur ehtiyat tedbirler gorub uz uze ders kecilsin. Men oz ixtisasimi mukkemel seviyyede orgenmek isteyirem.

  • Vuqar
    Avqust 15, 2020 - 22:46

    Salam.onlayın keçirilən dersin heç bir effekti yoxdu.ailələr var interneti yox.planşet smartfonu yoox.və yaxud qeydiyyatdan keçə bilmir.kankret zillət
    .sentyabrda derslər açılmasa kankret berbad berbad gunde olacaq tehsilin seviyyesi.

  • Esmira
    Avqust 16, 2020 - 00:13

    Salam online olsa yaxşı olar,uşaqlarımız balacadır,onlar hələ nə etməli olduqlarını bilmirlər

  • Ramin
    Avqust 16, 2020 - 04:42

    Məktəblər açılmalıdır yoxsa təhsil səviyyəsi 0-a enəcək

  • Yusif
    Avqust 16, 2020 - 20:01

    Mən ali təhsildə 20 illik təcrübəmə əsaslanaraq demək istəyirəm ki, təhsili onlayın etməyin balalarımız yaziqdir. Bu nə qədər çətin olsada bunu etməyin. etməyin etməyin gələcək nəsil kor kar lal olacaq etməyin və sizi bizi bağışlamayacaq

  • Mələkxanim
    Avqust 17, 2020 - 14:00

    Salam mən bir valideyin kimi online dərsin əleyhinəyəm.butun əsəblərim pozulur uşağ dərsdən geri qalır internet 0 səviyyədə.xahis edirəm məktəb həmişəki qaydada açılsın.ovladlarimin gözü zəifdi indidə online dərsə görə lap zəifləyib.

    • Rüxsarə
      Avqust 17, 2020 - 17:43

      Onlayn dərslər 0..0..0…0..0

  • Rüxsarə
    Avqust 17, 2020 - 17:44

    Onlayn dərslər 0..0..0..

  • Zahid
    Sentyabr 9, 2020 - 20:28

    Ali təhsil müəssisələrində online olsa məsləhətdi. Nə qədər növbəli dərs planı olsa belə xeyri olmayacaq.Çünki ali təhsil müəssisələrində tələbə sıxlığı hökm sürür.Məsələn BDU-da təkcə 23 min təhsil alan insan var.

  • Aygun
    Sentyabr 19, 2020 - 10:48

    Salam 1 ci sinifler ucun niye online dersler bawlamir? Yazirsiz ki heftede 2 defe mekteb 3 defe online bes niye bele messulliyetsiz davranirsiz? Mekteb deyir nazirlik hele kod gondermeyib neyi gozleyirsiz. Bunu acin her gun uwaqlar mektebe getsin heftede 2 defe uwaq virusa tutulmayacaq 5 defe getse tutulacaq bu absurtdu. Qerari qebul edende camaatin fikirlerinide nezere alin zehmet olmasa hami varli deyil

Yeganə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*