Nazir prorektor qayınatanı işdən çıxarıb, yerinə kürəkənini təyin etdi – YENİLƏNİBbackend

Nazir prorektor qayınatanı işdən çıxarıb, yerinə kürəkənini təyin etdi - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

KONKRET.az unikal.org-a istinadən xəbər verir ki, nazir AzTU-da prorektor olan Abuzər Mirzəliyevi tutduğu vəzifəsindən azad edərək, Kamran Rəsulovu prorektor vəzifəsinə təyin edib.

Qeyd edək ki, yeni təyin olan Kamran Rəsulov işdən çıxarılan Abuzər Mirzəliyevin kürəkənidir.

***

23.06. 2021

18:11


Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub.

KONKRET.az-a Universitetdən verilən məlumata görə, rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib.

Rektor bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub.

AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Kamran Rəsulov ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O, bu etimadı doğruldacağını və AzTU-nun regionun aparıcı universitetlərindən biri olması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*