Təhsil nazirinin müavini həbs olundu – Ermənistandabackend

Təhsil nazirinin müavini həbs olundu - Ermənistanda

Xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunaraq, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini Gevorq Loretsyan, onun sürücüsü və ölkənin futbol klublarından birinin rəhbəri həbs olunublar.

KONKRET.az Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına istinadən bildirir ki, futbol klubunun rəhbəri eyni zamanda bir sıra təchizatçı şirkətlərin rəhbəridir. İstintaqın məlumatına görə, nazirlikdə idman sektoruna cavabdeh olan Loretsyan idman avadanlığı alması üçün elan edilən tenderlərdə şirkətə kömək edib və buna görə sürücüsü vasitəsi ilə böyük məbləğdə rüşvət almağa razılaşıb.

Rüşvəti aldıqdan sonra hər üçü tutulub. İşin materialları MTX istintaq şöbəsinə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*