Tələbə qəbulu ilə bağlı xidmətlərin qiyməti niyə artdı? – SƏBƏBbackend

Tələbə qəbulu ilə bağlı xidmətlərin qiyməti niyə artdı? - SƏBƏB

Xəbər verdiyimiz kimi, Tarif Şurasının bu gün keçirilən iclasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə və tibb təhsili üzrə rezidenturaya qəbul imtahanları, buraxılış imtahanları, həmçinin abituriyentlərin buraxılış imtahanı çərçivəsində əlavə verdikləri Azərbaycan dili (dövlət dili kimi), rus dili və coğrafiya fənləri üzrə fərq imtahanlarına dair, habelə ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları üzrə tarif tənzimlənməsi həyata keçirilmiş və yeni tarifləri müəyyənləşdirilib.

KONKRET.az-ın məlumatına görə, məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, yeni müəyyən olunmuş qiymətlər ona əsaslanır ki, artıq ölkəyə 6-7 aydır kağızlar baha qiymətə gəlir. Ekspert qeyd edib ki, ümumi qiymət artımı kağızlarda həddən artıq çoxdur:

“Təbii ki, Dövlət İmtahan Mərkəzi imtahanları kağız daşıyıcıları ilə etdiyi üçün müəyyən qiymət artımı mütləq gözlənilirdi. Bununla paralel olaraq imtahanlarda açıq yazılı suallar var ki, onlar müvafiq olaraq şagirdlər tərəfindən yazılır, müəllimlər tərəfindən yoxlanır.

Dövlət İmtahan Mərkəzi tərəfindən həmin müəllimlərə müvafiq ödənişlər ödənilir. Təbii ki, bunlar da imtahan gəliri əsasında formalaşır. Qeyd edim ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsdir və özü-özünü maliyyələşdirir. Nəticə etibarilə də burada əldə olunan gəlir hesabına orada çalışan əməkdaşlara əmək haqqı ödənilir, imtahanlar keçirilir və ümumi yeni texniki vasitələrin əldə olunmasına xərclənir. Təbii ki, Dövlət İmtahan Mərkəzi tərəfindən bir sıra imtahanlar keçirilir və təbii ki, bunların hər birinə keçirilməsi müəyyən qədər xərc hesabına başa gəlir. Bu amilləri nəzərə alınaraq, Dövlət İmtahan Mərkəzi və Tarif Şurasının razılıq əsasında qiymətlər artdı”.

Ekspert qeyd edib ki, yalnız təkrar imtahana girən şəxslər ödəniş ödəyəcəklər:

“Düşünürəm ki, hazırda mövcud qiymətlər keçirilən imtahanlara və  ümumi prosesə demək olar ki, uyğun qiymətlərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*