Tələbələr Gürcüstan parlamentinə yürüş planlaşdırır – ETİRAZbackend

Tələbələr Gürcüstan parlamentinə yürüş planlaşdırır - ETİRAZ

Gürcüstanın Tbilisi, Batumi və Kutaisi şəhərlərində “Xarici agentlər haqqında” qanunu geri çağırmaq tələbi ilə tətil edən tələbələrin etiraz aksiyaları keçirilir.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, Batumidə Şota Rustaveli Dövlət Universitetinin və Dəniz Akademiyasının tələbələri küçələrə axışıb. Onların sözlərinə görə, tətilə 600-ə qədər tələbə və 35 müəllim qoşulub.

Paytaxtın müxtəlif universitetlərindən olan yüzlərlə tələbə Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Çavçavadze prospektində yerləşən birinci korpusuna toplaşıb. Onlar Gürcüstan parlamentinə yürüş etməyi planlaşdırıblar.

Kutaisidə Akaki Sereteli adına Dövlət Universitetinin və Kutaisi Beynəlxalq Universitetinin (KİU) tələbələri tətil edirlər. Sonuncunu hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvili təsis edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*